AvtoVAZ şirkəti gənclərə yönəldilmiş Lada Granta Cross Quest versiyasına sifarişləri qəbul etməyə başladığını bildirib. Granta Cross Quest versiyasını qara "Pantera" rənginə boyanan və qara relinqlərə malik olan damı ilə seçilir.
Bundan başqa, Granta Cross Quest modeli almazla cilalanmış milləri olan 15-düymlük təkər diskləri ilə təchiz edilir. Cross indeksinə malik olan bütün avtomobillər kimi, Granta Cross Quest modeli də şassinin xüsusi tənzimləmələrini və 198 millimetrlik klirensi qoruyub saxlayıb.
Modelin kuzovu rənglənməmiş plastikdən hazırlanmış müdafiə dəsti tərəfindən qorunur. Modelin gənclər üçün nəzərdə tutulduğuna, oturacaq üzlüklərinə tikilmişı loqotiplər və kuzovdakı emblemləri işarə edir.
Yeni versiya, digər Lada modelləri arasında çirk və suitələyici parçadan və eko dəridən hazırlanmış yeni oturacaq üzlüyünü alan ilk model olub. Granta Cross Quest modeli park sensorları, qızdırılan ön şüşə və ön oturacaqlarla təchiz edilir. Baqajda rezin kilim və iki tor vardır: birincisi yükü üfüqi istiqamətdə qeydə alır, ikincisi isə, arxa divanın söykənəcək hissəsindəki cibi təşkil edir.
Modelin mühərrik çeşidinə 87 at qüvvəsi hasil edən səkkiz klapanlı 1.6 mühərrik daxildir. Alternativ olaraq, eyni həcmli 16 klapanlı 106 at qüvvəli mühərrik də təklif olunur. Hər iki halda da güc aqreqatı beş pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir.
Lada Granta Cross Quest modelinin Ruisyadakı satış qiymətləri, mühərrikdən asılı olaraq, 637,900 (14,400 manat) və 652,900 (14,700 manat) rubl təşkil edir.