AvtoVAZ yeddi min nüsxədən ibarət olan Lada Granta modelinin satışlarını dayandırıb. “Lada.Onlayn” nəşrinə istinadən Motor.ru saytının bildirdiyinə görə, satışların dayandırılmasına səbəb əyləc sistemində aşkar edilmiş defekt olub.
AvtoVAZ 13 avqustdan 19 sentyabra kimi dilerlərə göndərilmiş 6917 avtomobili satışdan çıxarır. Mənbə avtomobillərin “vakkum əyəc gücləndiricilərinin geri klapanlarının zəmanətlə dəyişdirilməsindən” sonra satışa qaytaralacağını bildirib. Rus istehsalçısı bu xəbərə şərh verməyib.
Mənbə: Motor.ru