AvtoVAZ şirkəti Lada Vesta modelinin təchizatına düzəlişləri davam etdirir. Artıq 2021-ci ilin sentyabrında bu ailədən olan avtomobillər şirkətin İjevskdəki zavodunun konveyerindən arxa bamperin gücləndirici tiri olmadan çıxmağa başlayıb. Dəyişiklər barədə dilerlərə göndərilən xəbərdarlıq məktubunun surəti “Lada.Onlayn” nəşrinin əlinə keçib.
Beləliklə, artıq bir aydan artıqdır ki, Vesta modelləri konveyeri arxa bamperin gücləndiricisi olmadan tərk edirlər. Rəsmi dilerlərə göndərilən məktubda, Vesta modellərinin təchizat kodunun və tövsiyyə olunan pərakəndə satış qiymətlərinin əvvəlki kimi qalacağı bildirilib.
Bu, cari ilin başlanğıcından bu günə qədər Lada Vesta modelində baş vermiş dördüncü sadələşdirmədir. Belə ki, bu ilin aprelində Winter dəstinə malik olan Comfort/Winter təchizat səviyyəsini yüngül lehimli disklərdən məhrum ediblər, iyul ayında isə, kruiz-kontroldan, multisükandan və 4,3-düymlük ekranı olan audiosistemdən məhrum olunmuş “yüngülləşdirilmiş” Comport Light versiyası peyda olub.
Bundan başqa, sentyabr ayından başlayaraq, Vesta modelini Enjoy Pro multimedia sisteminin əvəzinə ucuzlaşdırılmış Enjoy versiyası ilə təchiz etməyə başlayıblar. Əlavə olaraq, istehsalçı bir sıra versiyalardan ön sərnişin tərəfindəki üst tutacağı, orqanayzeri, baqaj bölməsinin ikiqat döşəməsini və ön sərnişinin mövcudluğu vericisini yığışdırıb.
Bununla belə, 2021-ci ildə Lada avtomobilləri altı dəfə bahalaşıblar. Qiymətlərin bu həftə keçirilmiş son düzəlişi Granta, Vesta,Xray, Largus və Niva (Niva Travel də daxil olmaqla) modellərini əhatə edib.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.