Rusiyanın "Rostpatent" idarəsinin məlumat bazasında AvtoVAZ-ın qeydə aldığı üç əmtəə nişanı olan sənəd aşkar edilib. Rus istehsalçısı Tensa, Forta və Kayna adlarının patent hüquqlarına sahib olub. Bu adlar "avtomobillər" və "oyuncaqlar" kateqoriyasında patentləşdirilib. Oblardan gələcək Lada modellərində və suvenir məhsullarında istifadə edilə bilər.

Patentin olması, avtomobil istehsalçısının yaxın zamanlarda belə adlara sahib avtomobilləri istehsal etmək niyyətində olduğu anlamına gəlmir, ola bilər ki, AvtoVAZ əmtəə nişanlarını ehtiyatda saxlamaq üçün qeydiyyata alıb. Sənəd idarə tərəfindən 29 aprel 2020-ci il tarixinsə dərc edilib. Sertifikat 10 il müddətinə etibarlıdır, lakin müddət başa çatdıqdan sonra uzadıla bilər.

Bu illər ərzində AvtoVAZ digər adları da patentləşdirib, məsələn, Kam4atka, Svoboda, Kvest, Xcite, Excite, X Path, Onega, Binar, Antiga, Expira, XRave, Preosa və XRay X. Bunların hamısı yeni modellər və onların modifikasiyaları üçün üçün istifadə edilə bilər.

Mənbə: Motor.ru