AvtoVAZ şirkəti İntellektual mülkiyyətin federal xidmətində yeni şüarını qeydə alıb - "Yeni üfüqlər". Patent doqquz illik müddətə verilib.
Rus istehsalçısı bu şüarı keçən ildə istifadə edir. Şirkətin rəhbərliyi inqlabi dizayna malik olan avtomobillərin buraxılmasını nəzərə alaraq brendin fəlsəfəsini dəyişmək qəraraına gəlib. Final variant 50 təklifdən seçilib. Marketinq üzrə direktor Fabyen Qulminin bildirdiyinə görə, məhz “Yeni üfüqlər” şüarının daha mütərəqqi və yaddaqalan olduğunu üçün bu variantın üzərində durmaq qərara alınıb.