Milli aviadaşıyıcımız Azərbaycan Hava Yolları, yəni, AZAL hər zaman xidmət keyfiyyətinin yüksəkliyi üçün əlindən gələni edib. Sözsüz ki, aviasiyada komfort dedikdə, ilk düşünülən elə təyyarələr olur. AZAL da təyyarə parkının müasirləşdirilməsi sahəsində daimi işlər aparır. Sahib olduğu təyyarələrin texniki vəziyyəti isə bir çox şirkətə örnək ola bilər. Sərnişin daşınması üçün nəzərdə tutulmuş təyyarələrin sayı hazırda cəmi 18 olsa da, model müxtəlifliyi göz oxşayır. Gəlin AZAL-ın sahib olduğu təyyarə növləri ilə tanış olaq.
Airbus A319-100
A320 ailəsinin üzvü olan A319 AZAL-ın sahib olduğu ən kiçik təyyarədir. İlk uçuşu 25 avqust 1995-ci il tarixinə təsadüf edən bu model A320-dən bir qədər qısadır - 33,84 metr. Qanadlarının kənar nöqtələri arasındakı məsafə isə 35,8 metrdir. Maksimal uçuş məsafəsi 6945 km-dir. Milli aviadaşıyıcımızda bu təyyarədən 4 ədəd var və ilk A319 2005-ci ildə alınıb. Oturacaq sayı isə 8 ədəd biznes, 114 ədəd ekonom sinfi olmaqla, cəmi 122 ədəddir. AZAL-ın A319-larının orta yaşı təxminən 14-dür.
Airbus A320-200
Bu, AZAL-ın parkında sayca ən çox olan və şirkət tərəfindən ən çox istifadə edilən təyyarədir. Eyni sözləri tək AZAL üçün demək olmaz. Ümumiyyətlə, A320 ailəsinin ən geniş yayılmış bu üzvü rəqibi Boeing 737 ilə birlikdə elə ən çox istehsal olunan iki təyyarədən biridir. İlk uçuşunu 1987-ci ildə reallaşdıran dargövdəli modelin maksimal uçuş məsafəsi 6112 km-dır. Uzunluğu 37,57 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə isə 35,8 metrdir. AZAL bir çox istiqamətdə istifadə olunan bu təyyarə üçün 2 müxtəlif oturacaq konfiqurasiyası seçib: 20 biznes, 126 ekonom sinfi olmaqla 146 oturacaq və tamamilə ekonom sinfindən ibarət olan 174 oturacaq. Sözügedən 6 ədəd A320-nin orta yaşı təxminən 14 ilə yaxındır və 2010-cu ildən etibarən donanmaya əlavə ediliblər.
Boeing 757-200
Boeing tərəfdən çox sərnişin daşıya bilən orta məsafəli təyyarə seqmentini tutmaq üçün 1982-ci ildən 2004-cü ilədək istehsal olunan bu model 7250 km-lik mənzilə malikdir. Uzunluğu 47.3 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə isə 38 metrdir. AZAL-da bu təyyarələrdən 2 ədəddir və 2012-ci ilin sonlarında alınıb, birinin 20,6, digərinin isə 19,5 yaşı var. Hər iki təyyarədə müxtəlif oturacaq konfiqurasiyasından istifadə edilib - 24-ü biznes, 150-si ekonom olmaqla, 174 oturacaq və 22-si biznes, 158-i ekonom olmaqla, 180 oturacaq.
Boeing 767-300ER
AZAL-ın sahib olduğu 3 geniş gövdəli təyyarə modelindən biridir. 767 ilk uçuşunu 1981-ci ildə edib və həmin ildən bəri istehsal edilir. Hazırda buraxılan isə ancaq yük üçün olan versiyasıdır. Mənzili 11070 km, uzunluğu 54,94 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə isə 47,57 metrdir. AZAL 2011 və 2012-ci ildə ümumi 2 ədəd 767 alıb və bu təyyarələrdən hələ də aktiv şəkildə istifadə edir. Onlardan biri 8, digəri isə 9 yaşındadır, 22 biznes, 176 ekonom sinfində olmaqla, 198 sərnişin daşıya bilirlər.
Airbus A340-500
Bu dördmotorlu və bir çoxları tərəfindən ən etibarlı hesab olunan nəhəng təyyarə 1991-ci ildə ilk uçuşunu edib və növbəti 20 il ərzində istehsal olunub. AZAL-ın anqarında olan ən böyük təyyarədir. Maksimum uçuş məsafəsi 16670 km-dir. Uzunluğu 67.93, qanadlarının kənar nöqtələri arasındakı məsafə isə 63.45 metrə bərabərdir. Azərbaycan Hava Yolları sərnişin daşınmasında bu tipli təyyarələrdən ikisindən istifadə edir. Onlar 2012-ci ilin dekabrında alınıb və yaşları 12-ni adlayıb. Göyərtəsində 36 biznes, 201 ekonom sinif oturacağı var.
Boeing 787-8 Dreamliner
"Arzuların təyyarəsi" Boeing tərəfindən təqdim ediləndə, bir çox havayolu şirkəti onu təyyarə parkına əlavə etmək xəyalını qururdu. AZAL isə bu xəyalı reallaşdırdı və 2014-cü ildə elə həmin il istehsal olunmuş 2 ədəd Dreamliner aldı. Milli aviadaşıyıcımızın aldığı 787-8 Dreamliner ailəsinin ən kiçik üzvüdür. Bununla belə, kifayət qədər böyük təyyarələrdən hesab edilir. İlk uçuşunu 2009-cu ildə edib.
Uzunluğu 56,72 m, qanadlarının kənar nöqtələri arasındakı məsafə isə 60.12 metrə bərabərdir. AZAL 13100 km məsafəyə uçan 787-dən okeanın o tayına qədər fasiləsiz uçmaq üçün də istifadə edib. Biz onu həm də tez-tez çox tələbat olan İstanbul və Moskva xəttlərində də görə bilərik. AZAL bu təyyarələrin göyərtələrinə 18 biznes, 157 ekonom oturacaqla yanaşı, digələrində olmayan 35 ədəd premium ekonom oturacaq (bu hissə VIP club adını alıb) yerləşdirib.
Boeing 777-200LR
Yuxarıda sadaladıqlarımız AZAL-ın sərnişin daşınmasında istifadə edilən təyyarələridir. Lakin onlarla yanaşı, 4 ədəd dövlət rəsmiləri üçün nəzərdə tutulmuş VİP təyyarə də var ki, bunlar Airbus A319-100, Boeing 767-300ER, Airbus A340-600 və yeni alınmış Boeing 777-200RL modelləridir.
Aviasiyada deyim var: "Təyyarənin köhnəsi və ya yenisi olmaz, pis və ya yaxşı baxılanı olar". AZAL-ın təyyarələrinin texniki vəziyyətinin yaxşı olması heç kimə sirr deyil. Lakin bir çox şirkət kimi, parkın yenilənməsi bizdə də nəzərdə tutulub. AZAL bu məqsədlə xeyli sayda Boeing 737 MAX sifariş etmişdi ki, o modelin başına gələni də artıq hər kəs bilir. İndi isə Rusiyanın yeni modeli olar İrkut MC21-300 təyyarəsindən 10 ədəd sifariş olunması ilə bağlı məlumat var. Hətta onların oturacaq konfiqurasiyası da artıq məlumdur - 16 biznes və 153 ekonom