Bakı trekində keçirilən ikinci sərbəst yürüşlər yenə də Red Bul komandasının üstünlüyü ilə nəticələnmişdir. Gəc holllandiyalı pilot sessiyanın sonunda qəzaya düşməsinə baxmayaraq 1.43,362 zamanla günün ən sürətli pilotu olmuşdur.

Dəyişmiş asfaltın temperaturu və rezin qatının əmələ gəlməsi bir qədər pilotların işini asanlaşdırıb. İkinci sessiyaya Massa istisna olmaqla Soft təkərləri ilə başlayıblar. Braziliyalı pilot sessiyaya Medum təkərləri ilə başlamağa qərar verib. Lakin, bir müddətdən sonra pilotlar ən yumşaq tərkibə - SuperSoft təkərlərinə üstünlük veriblər.

Sessiya zamanı pilotlar pilotaj səhvlərinə də tez-tez yol veriblər. Əvvəlcə Kvyat (Toro Rosso) 15-ci döngədə bolidini divara sürtüb və Pirellinin plakatını cırıb. Relamın bir hissəsi trekə düşdüyü üçün virtual təhlükəsizlik rejimi elan olunub.

Həmilton və Fettel ikinci döngə səhv ucbatından təhlekəsizlik cibinə girməli olublar. Səkkizinci döngdə Massa və Fettel eyni anda təhlükəsizlik cibinə giriblər. Nəhayət Palmer səkkizinci döngədə avtomobilini baryerə çırpıb və qırmızı bayraqların dalğalanmasına səbəb olub. Ümumiyyətlə, 8-ci dəngə əksər pilotlara problem yaradıb.

Bunun səbəbi, çox güman ki, yeni reqlamentə uyun olaraq bolidlərinin eninin artmasıdır. Digər tərəfdən təkərlərin ölçüsünün və sərtlik xarakteristikalarının dəyişməsini də nəzərə almaq gərəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt