Lyuis Həmilton növbəti 66-cı poulunu Bakıda keçririlən Azərbaycan Qran Prisində qazanmışdır. Sıralama mərhələrinin ilk sessiyasında Mercedes bolidlərinin digərlərindən üstünlüyə malik olması açıq-aydın görünürdü.

Keçirilmiş sərbəst yürüşlərdə alman komandasının pilotlarının göstərdiyi zamanlar, çox güman ki, Mercedes komandasının növbəti strateji adıımı idi - sərbsət yürüşləri Red Bull Racing pilotu Ferstappenin ən yeyin pilot olunması bir qədər təəccüblü görünürdü.

Renault Sport F1 Team komandasının məkanında yığılmış ekspertlər - Formula 1 Azərbaycanın rəsmi səsi və səfiri olan Rəhim, Əliyev bə Azərbaycanda avtojurnalistikanın banisi hesab edilən Natiq Zərbəliyevlə müzakirələrdə bu məsələ ətrafında qızğın müzakirələr də gedirdi. Ən təəccüblüsü isə, bu günə qədər Mercedes pilotlarına meydan oxuyan Ferrari pilotlarının göstərdikləri zaman idi. Açığı Scuderiyadan belə nəticəni kimsə gözləmirdi.

Xüsusən də Fettelin tez-tez 2-ci və 8-ci döngələrdəki səhvi alman pilotun hələ də bolidinin maksimumunun axtarışında olduğundan xəbər verirdi.

Sıralama mərhələsinin ən şanssız,pilotu Renault komandasının britaniyalı pilotu Colion Palmer oldu - əlbəttə ki, bu şanssızlığa adət etmiş McLaren Honda pilotları Alonso və Vandorn öz yerində. Avtomobilinin mühərriki yanan Palmer ümumiyyətlə sıralamalarda iştirak etmək şansından məhrum idi. Renault komandasının ehtiyat pilotu Sergey Sirotkindən aldığımız məlumatda bolidin hazırlanmasında əsas problemin yeni mühərrikin quraşdırılması deyil, yanmış elektrik xəttləri idi.

Sıralamanın ən maraqlı anı isə, sessiyanın bitməsinə 3,33 dəqiqə qala Rikkardonun (RBR) altıncı dövrədə avtomobilini divara çırparaq arxa təkərini partlatması oldu. Sessiya bolidin təxliyyəsi üçün dayandırmalı oldu. Qırmızı bayraqların qaldırılmasından sonra Həmilton Bakıda kimin vəziyyətə kimin hakim olduğunu bir daha sübut etdi - 1.40,593. Onun komanda yoldaşı Valtteri Bottas isə komanda yoldaşına 0,434 saniyə uduzsa da, Mercedesə tam şəkildə ilk sıranı təmin etmiş oldu. 

İkinci cərgədən isə, onun həmyerlisi Kimi Rəykkonen və Ferrari komandasının alman pilotu Sebastyan Fettel başlayacaqdır. Üçüncü sırada qərarlaşan pilotlar Maks Ferstappen və Force İndia təmsilçisi Serxio Peresdir. Onları Esteban Okon (Force İndia) və ilk dəfə təcrübəli komanda yoldaşını arxada qoyan Lens Stroll (Williams F1) təqib edirlər. İlk onluğu Felipe Massa və Dəniel Rikkardo tamamlayırlar. Ümid edirik ki, Azərbaycan Qran Prisi maraqlı şəraitdə keçəcəkdir. Avtoidman yarışlarında heç zaman hər şeydən əmin olmaq mümkün deyil.

Texniki idman növündə istənilən zaman sürprizlərlə üzləşmək mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt