Formula 1 çempionatının növbəti mərhələsi olan Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşləri başa çatmırdır. İlk Azərbaycan Qran Prisinin birinci sərbəst yürüşlərində Red Bull Racing komandasının pilotları günün protokoluna başşılıq etmişdirlər.

İlk sərbəst yürüşlərinin ən yeyin pilotu Red Bull komandasının gənc pilotu Maks Ferstappen olmuşdur. 1.44,410 zamana imza atan gənc pilot komanda yoldaşı Daniel Rikkardonu 0,470 saniyə üstələmişdir. Üçüncü yerdə Scuderia Ferrari pilotu Sebastyan Fettel olmuşdur. Fettel Ferstappenə 0,557 saniyə uduzmuşdur. Sərbəst yürüşlər hadisəsiz də keçməmişdir. İlk sessiyanıən bitməsinə az qalmış Force İndia komandasının meksikalı pilotu Qoşa Qapısına qalxışda avtomobilini baryerlərə çırpmışdır. Qəzadan ciddi xəsarət almış avtomobilin təxliyəsi üçü sessiya müvəqqəti olaraq qırmızı bayraqlarla dayandırılmışdır. Ümumiyyətlə, sərbəst yürüşlərdə səhvlərin olması labüddür. Səbəb pilotların avtomobillərinin limitlərini müəyyən etmək istəyidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt