Rolls-Royce Motor Cars Bakı mərkəzi, ən birinci Wraith Black Badge avtomobilinin Azərbaycana gəlməsini paytaxtımızın mərkəzində yerləşən sərgi-satış salonunda nüfuzlu təqdimat mərasimi ilə qeyd etmişdir. Təqdimat keçirilən məkan Bespoke seriyasının ruhuna uyğun tərzdə bəzəldilmişdir. Qeyd etmək gərəkdir ki, Black Badge həqiqi mənada əsl Rolls-Royce avtomobilidir - daha da sirli, daha da təsirli və son dərəcədə özünə əmin.
Təntənəli mərasimi açan Improtex Group-un vitse-prezidenti cənab Vüqar Ələkbərov, qonaqları səmimi salamlayaraq, onlara rəhbərlik etdiyi şirkətin Azərbaycanın avtomobil bazarında keçdiyi uzun və uğurlu yol, həmçinin yeni planlar və perspektivlər haqqında ətraflı danışdı.
Təqdimat mərasimində çıxış etmiş Böyük Britaniyanın Azərbaycandakı Səfiri xanım Kerol Krofts dedi: "Rolls-Royce Motor Cars biznesinin uğur tarixi gündən günə artır və kanonik Rolls-Royce Ekstaz Ruhu Britaniyaya məxsus mühüm sənatkarlıq səviyyəsi kimi hər yerdə tanınır. Böyük Britaniyanın dəbdəbəli avtomobillər sənayesinin arasıkəsilməz uğuru həm Böyük Britaniyada, həm də bütün dünya üzərində yeni iş yerlərinin yaradılmasına köməkçi olur. Biz Rolls-Royce modellər sırasının növbəti nümayəndəsini Azərbaycanda səmimi qəlbdən salamlamağa məmnunuq".
Rolls-Royce Motor Cars-ın daimi Bespoke seriyası olan Rolls-Royce Black Badge həm zahiri görünüşündə, həm də mühəndislik işləmlərində əsl dəyişiklik deməkdir. Wraith və Ghost avtomobillərinin hər ikisi Black Badge variantında mövcuddur və bu aydan etibarən müştərilərə təqdim olunacaqdır.
Wraith Black Badge avtomobilinin təqdimatında Rolls-Royce Motor Cars-ın brend üzrə Meneceri Nurlan Pənahlı xüsusən vurğuladı ki, : “Black Badge - həyata fərqli münasibətin olması və Rolls-Royce brendinin həyacanlı ruha malik insanlara istiqamətlənmiş mövqeyi deməkdir. Həmin insanlar gərgin iş şəraitində çalışır və öz statuslarını ifadə etmək niyyətindədir. Black Badge avtomobilini canlı Bakıda görmək - söz ilə təsvir edilə bilməyən hissiyyatdir". Daha da sirli estetika Ekstaz Ruhunun yeni görkəmində, radiator barmaqlığının tərtibatında, yük yeri qapağının işləməsində, hava girişlərinin daha aşağıda qurulmasında və səs boğucularının tünd metal rəngində boyanmasında öz əksini tapmışdır. Bundan başqa, qabaq, yan və arxa hissələrdə yerləşdirilmiş məşhur ikili R işarələri qara fonda gümüşü rəngdə həkk edilmişdir. Bununla Rolls-Royce avtomobilin ‘Black Badge’ adlı alternativ reallığa daxil olduğuna işarə edir. ‘Black Badge’ yaradıldığı gündən Rolls-Royce brendinin şah əsərlərinin ən gizli tərəflərini üzə çıxarmaqda davam edir.
Black Badge emblemini daşıyan hər bir avtomobilin salonunda isə, Rolls-Royce brendinə xas olan və ən müasir materiallara əsaslanan, əsl təmtərağın və kosmik mirasın birləşməsi nəticəsində yaranan hədsiz perspektivlər mövcuddur. Wraith Black Badge isə tamamilə fərqli təklifdir. Wraith - əsl sürücü üçün nəzərdə tutulmuş ultimativ Qran Turizmo sinfinin zirvəsidir. Dünyanın ən güclü və 632 at (465 kVt) gücünə malik Rolls-Royce avtomobili olmaqla yanaşı, Wraith eyni zamanda, Britaniya istehsalçısının model sırasında ən çox sürücüyə yönəldilmiş avtomobilidir. Bununla belə, yeni nəsil yüksək təbəqəli müştərilərin istəklərinə cavab vermək üçün Rolls-Royce mühəndislər heyəti inadla çalışaraq bu fenomenal kupenin tamamı ilə fərqli, unikal tərəflərini mükəmməl etmişdir.
Artıq mövcud olan yüksək mühərrik gücü ilə əlavə fırlanma anı göstəricisini (+50Нм), tamamilə yeni tərzdə tənzimlənmiş pnevmatik asqını, yeni aparıcı vallar və yenilənmiş 8 pilləli sürət qutusunu birləşdirərək Rolls-Royce daha da sürücüyə yönəldilmiş dinamik Wraith kupesini yaratmaqla, Rolls-Royce avtomobillərinə məxsus olan ənənəvi idarə etmə xüsusiyyətlərini qoruyub saxlamışdır.
Asqıda və idarə etmədə dəyişikliklərə və yeni əlavə aparıcı vallara görə Ghost və Wraith Black Badge avtomobilləri hərəkət zamanı misilsiz təmtarağı təmin etməklə, sürücüyə bir qədər də daha artıq diqqət ayırır.