Bu ay növbəti dəfə Bakıda İtaliya mətbəxi həftəsi başlayır. İtalyan mətbəxi dünyada ən çox tanınmış və seviləndir. Bir həftə ərzində qurmanlar Bakının müxtəlif restoranlarında Siciliya adasında yerləşən iki Mişelin ulduzu olan "La Madia" restoranının aşpazı Pino Kuttaya öz məharətini göstərəcək.
“İtaliya mətbəxi masada: dad və rifah” mövzusuna həsr olunmuş Dünya İtaliya Mətbəxi Həftəsinin VIII buraxılışını İtaliya Respublikasının Azərbaycandakı Səfirliyi və ICE-İtaliya Ticarət Agentliyi təşkil edir.
1 dekabr tarixində Landmark Hoteldə yerli media nümayəndələri və bloggerlər üçün press konfrans ərsəyyə gəldi. Konfransda italiyan aşpazın kiçik təqdimatı və müsahibəsi nümayiş olundu. Press konfransdan sonra səfir Klaudio Taffuri və İtaliya Ticarət Agentliyinin direktoru Andrea Makkanikonun jurnalistlərə müsahibə verdilər.
Dekabrın 5-də Pino Kutayya AZTV dövlət televiziyasının “Gün başladı” proqramında “PARMIGIANA DI MELANZANE” resepti haqqında danışacaq və nümayiş etdirəcək.
Dekabrın 6-i saat 12.00-da italyan aşpaz yerli media və mətbuat nümayəndələri, blogger və yerli aşpazlar üçün Dinamo Hotel Baku ilə birgə təşkil olunmuş tədbirdə "IL CANNOLO SICILIANO DI MELANZANE" resepti ilə masterclass keçirəcək. Eyni zamanda 5 və 6 dekabr Azərbaycanın dövlət qurumlarının rəhbərləri, siyasətçi və diplomatlar, yüksək vəzifəli şəxslər, müxtəlif sahibkarlar, yerli şirkətlər və idxalçılar üçün “Dinamo Hotel Baku”da Kutayya tərəfindən hazırlanmış xüsusi menyu ilə iki şam yeməyi nəzərdə tutulub.
3-09 dekabr tarixlərini əhatə edən bu həftə ərzində İtaliya mətbəxinin və şərablarının mükəmməlliyini nümayiş etdirmək məqsədi Ilə bəzi restoran və hotellərdə Made in Italy yeməklərinin və şərablarının təqdimati və dequstasiyası tədbirləri keçiriləcək:
4 dekabr - Scalini Restoranı
8 dekabr - Scalini Lounge
8 dekabr - JW Absheron Marriott Hotel Baku - Caffeine Baku
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.