10 noyabr tarixində Sea Breeze otelində yenilənmiş Toyota Land Cruiser Prado modelinin media üçün təqdimatı baş tutdu. Təqdimat zamanı Land Cruiserin tarixi və yenilənmiş modelin texniki məlumatları ilə tanışlıq oldu. Təqdimatdan sonra suni yaradılmış maneələrdə media nümayəndələri üçün test sürüşü keçirildi.
Tədbir Toyota şirkətinin regional ofisi tərəfindən təşkil olunmuşdu. Təqdimatda müxtəlif nəşrlər, TV və online media nümayəndələri iştirak etdilər. Təqdimatın ilk hissəsində Land Cruiser haqqında ətraflı danışıldı, tarixi slayd və video çarxlar nümayiş etdirildi. 65 il öncə təqdim olunmuş Land Cruiser öz keyfiyyət, davamlılıq, etibarlılıq və yüksək yolsuzluq performansını saxlaya və inkşaf etdirməyə nail olmuşdur.
Dünyanın 190-dan çox ölkəsində mövcud Toyota modelləri içində, Land Cruiser öz yolsuzluq göstəricilərinə görə insanlar arasında ən güclü və ən etibarlı “4x4”lərdən biri kimi ön plana çıxmış, Avropanın 10-dan çox ölkəsində öz sinfinin lideri olmuşdur.
Təqdimat zamanı 4х4 klubunun rəhbəri Kamran Əsədov öz təəsüratları ilə bölüşdü. Azərbaycanda çəkilmiş qısa video çarxla bölüşərək, yeni Prado-ya yüksək qiymət verdi.
Azərbaycanda 3 diler mərkəzi fəalliyət göstərir: Toyota Bakı Mərkəzi, Toyota Abşeron Mərkəzi və Toyota Gəncə Mərkəzi. Satşlarına görə marka ölkəmizdə lider mövqeyini tutur.
Təqdimatın ikinci hissəsində yeni Prado ilə qısa tanışlıq oldu. Öncəki modeldən fərqli olaraq, yeni interyer daha müasir görünüşə malikdir və yaxşı təəsürat bağışlayır. Ön panel özündə 8-düymlük displeyi olan Toyota Touch 2 multimedia sistemini, Optitron spidometri, 4,2-dyümlük multiməlumat displeyi olan yeni quruluşlu cihazlar panelini birləşdirir. Sükan yenilənib və indi Land Cruiser V8 modelləri ilə eynidir. Yeni Land Cruiser-in interyeri iki rəng sxeminə malikdir — qara və yeni premium bej rəngi.
Salonun üzlənməsi və dizaynı onun premium görünüşünü tamamlayır, gümüşü rəngi mərkəzi konsol ümumi arxitektura ilə uyğunlaşdırılıb. Test zamanı Xəzər dənizinin sahilindəki çimərlikdə süni yaradılmış 4 müxtəlif maneəni aşdıq. Hər bir maneə yollarda olacaq çətin yol səthlərinin imitasiyası şəkilində yaradılmışdı. Yeni Prado bu çətinlikləri rahatlıqla aşır. Hətta, yeni elektron sistemləri ilə az təcrübəli sürücülərə belə bu maneələrdən asanlıqla keçmə imkanı yaradır.
Sələfinə nisbətən yeni ofroder 60 millimetr (4840 millimetr) uzundur. Avtomobilin klirensi əvvəlki kimi 215 millimetr təşkil edir. Ofroderin giriş - çıxış bucaqları və rampası, müvafiq olaraq, 31, 25 və 22 millimetrə bərabərdir. Modelin rama konstruksiyası, tam çəkiş sistemi və differensialların məcburi qapanması qorunub-saxlanıb. Bundan əlavə, yenilənmədən sonra, Prado modelinin idarəetmə elektronikasının Eco, Normal və Sport rejimlərinə Sport S və Sport S+ rejimləri də əlavə edilib. Avtomobilin şassisini müxtəlif səthlərdə işləməsini tənzimləyən Multi-Terrain Select sistemi altıncı - avtomatik rejimə sahib olub.
Toyota Land Cruiser Pardo əvvəlki kimi üçqapılı və beşpaılı kuzovla, on kuzov rəngi və üç interyerin tərtibat variant təklif ediləcəkdir. Avropada satılacaq ofroderin mühərrik çeşidinə 177 at qüvvəli 2,8-litrlik dörd silindrli dizel, 161 at qüvvəli 2,7-litrlik dörd silindrli və 249 at qüvvəli 4,0-litrlik altısilindrli benzin mühərriklər daxildir. Dizel mühərriki altı pilləli mexaniki və ya avtomatik ötürmələr qutuları ilə təchiz ediləcəkdir. Benzin mühərriklərinin ən zəifi beş pilləli mexaniki qutu ilə də təchiz edilə bilər. 249 at qüvvəli top variant isə, yalnız altı diapazonlu avtomatik ötürmələr qutusu ilə təklif ediləcəkdir.
Prado modelinin təchizatına multimedia sisteminin 8-düymlük sensorlu ekranı, üç zonalı avtomatik iqlim sistemi, havalandırmalı ön oturacaqlar, “şəffaf kapot” funksiyası olan dairəvi görüntü sistemi və işıqdiodlarından olan fənərlər daxildir.
Bundan başqa, tərkibinə oturacaqların, sükan çarxının və alın şüşəsinin qızdırılması,həmçinin salonun əlavə elektrik qızıdırıcısı və dizel avtomobilləri üçün işəsalmadan öncə qızdırılma funksiyası olan opsional “qış” dəsti təklif edilir.
Yeni Land Cruiser daha müasir, möhkəm və yeni xarici görünüşü, bununla yanaşı, daha da inkişaf etmiş, rahat və yüksək keyfiyyətli interyer dizaynı, həmçinin, adi yolda və yolsuzluq şəraitindəki qabiliyyətlərinin təkmilləşdirilməsi sayəsində öz etibarını daha da artırır.
Yeni Land Cruiser-in yolsuzluq qabiliyyətləri üç arxa diferensial seçimi sayəsində daha da genişlənmişdir — açıq, qapalı və ya yeni Torsen Yüksək Sürtünmə Differensialı (YSD).
Dairəvi Görüntünü Seçmə Sistemini (DGS) və 5-rejimli Yolsuzluq Şəraitində İdarəetməyə Kömək Sistemini avotmatik aktivləşdirən AUTO rejimin əlavə edilməsilə inkişaf etdirilib.
Bundan başqa Dairəvi Görüntü Monitorunun funksiyaları Alt görüntü, Ön hissə görüntüsü, Panoramik görüntü və Geniş Arxa görüntüsü displeyi əlavə edilməklə artırılıb. Uğurlu Land Cruiser nəsillərinin xarici görünüşü özündə əsl 4x4 avtomobilindən gözlənilən davamlılığı və gücü əks etdirən möhkəm görüntüsünü və istənilən yolsuzluq şəraitində özünü evdəki kimi hiss etdirən dəbli estetikanı birləşdirir. Yeni Prado 5,8 metrlik minimum dönmə dairəsi ilə müstəsna manevr qabiliyyətinə malikdir.
Yeni dizayn edilmiş kapot, radiator qəfəsi, işıqlar, ön bamper və qoruyucular ilə Land Cruiser-in önü özünəməxsus dizayn irsindən bir neçə elementi özündə əks etdirir.
Yeni Land Cruiser 10 rəngdə mövcuddur, o cümlədən iki yeni rəngdə — “Midnight Emerald Blue” və “Avant-Garde Bronze Metallic”.