Britaniyanın Briggs Automotive Company (BAC) şirkəti təkyerli Mono trek avtomobilinin R indeksli variantını təqdim edib. Yeni avtomobil sələfindən yüngül, yeyin və texniki cəhətdən daha mütərrəqi olub.
Xarici görkəm cəhətdən BAC Mono R modeli Mono-dan elə də fərqlənmir. Bununla belə, sportkarın ölçüləri dəyişib, həmçinin hava axının dinamik təzyiqindən istifadə edən hava girişi peyda olub. Qeyd etmək lazımdır ki, avtomobilin karbon və qrafendən hazırlanmış 44 ədəd kuzov paneli yenidən layihələndirilib.
Mono R 2,5-litrlik dörd silindrli atmosfer mühərriki ilə təchiz edilir. Mühərrikin gücü 309 at qüvvəsindən 345 at qüvvəsinə qədər artırılıb. Sportkar 100 km/saat həddinə 2,5 saniyəyə sürətlənir və 274 km/saatlıq maksimal sürət həddinə malikdir. Dönmə qabiliyyətinin yaxşılaşdırılması üçün asqının geometriyası dəyişdirilib, Öhlins amortizatorları və ümumi yollar üçün xüsusi olaraq omoloqasiyadan keçmiş Pirelli Trofeo R şinləri quraşdılıb.
BAC Mono R modelinin çəkisi 555 kq təşkil edir. Bu, Mono modelindən olduğundan 25 kq azdır. Çəkiyə qənaət maqneziumdan hazırlanmış şassi, çap edilmiş polimer detallar, həmçinin karbon saxsı əyləc mexanizmləri və titandan hazırlanmış buraxılış sistemi sayəsində əldə edilib.
BAC Mono R modelinin satış qiyməti 190950 funt sterlinq təşkil edir.