Mulliner atelyesi tərəfindən əl ilə yığılan unikal Bentley Bacalar idman avtomobilinin istehsalı başa çatmaq üzrədir. Ümumilikdə avtomobilin 12 nüsxəsi hazırlanacaq, onların hər biri xüsusi dizayna sahib olacaqdır. Belə avtomobillərin sahiblərinin adları adətən açıqlanmır, lakin müştərilərdən biri üçün istisna edilib. Çünki o, sahib olduğu şirkətinin donanmasındakı təyyarə və helikopteri sifariş etdiyi Bacalar modelinin üslubunda tərtib etdirib.

Flexjet aviaşirkətinin sahibi olan Kenn Riççi uzun illərdir ki, Bentley şirkətinin müştərisidir. İş adamı Julep tünd yaşıl rənginə boyanmış, Linen və Beluga çalarlarında dəri ilə üzlənmiş salonu olan Bacalar idman avtomobilini sifariş edib.

Bacalar rodsteri öz gözəlliyi və unikallığı ilə iş adamını o qədər valeh edib ki, o, Mulliner Design mütəxəssislərini sahib olduğu təyyarə və helikopteri bəzəmək üçün dəvət edib. Flexjet donanmasında olan hava nəqliyyatı üçün ənənəvi naxış qırmızı və qızılı rənglərin birləşməsidir.

Bununla belə, dizaynerlər Gulfstream G650 biznes ceti və Sikorsky S-76 helikopteri üçün gümüşü-yaşıl tərtibatı seçmək qərarına gəliblər. Təyyarə və helikopterin kabini də idman avtomobilinin salonunun üslubunda tərtibata malik olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Tərtibatçılar təyyarə və helikopterin kabin tərtibatı üçün bənzər dəri və 5000-illik yaşı olan bərpa olunmuş çay ağacından istifadə ediblər. Eyni zamanda, hava aparatlarının döşəmələri də avtomobilin xalçalarının üslubunda hazırlanıblar.

Kenn Riççinin Bentley Bacalar avtomobili hələlik yığılmayıb, lakin təyyarə və helikopter artıq hazırdır – Flexjet şirkətinin rəhbəri artıq öz Gulfstream G650 cetindən istifadə edir. Unikal Sikorsky S-76 helikopterinin təqdimatı isə, Kaliforniyada keçirilən The Quail tədbiri çərçivəsində baş tutub.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.