Turində yerləşən Camal studiyası qeyri-adi layihə ilə çıxış edib. İtalyan dizaynerləri elektomobildə alternativ güc qurğusu kimi atlardan istifadə etməyi təklif ediblər. Konsept Viva adlanır.
Müəlliflərinin fikrincə atların vasitəsilə hərəkət edən zaman elektromobil batareyaları doldura bilər. Heyvanların yorulması halında isə, elektrik mühərriklərindən istifadə etmək olar. Üstəlik konsept öz elektrik enerjisi ilə, həm də avtonom şəkildə hərəkət etmək qabiliyyətinə malik olacaqdır.
Zahiri cəhətdən konsept heç də avtomobilə bənzəmir. O futurustik kapsula formalı kuzova sahibdir. Viva yeddi metrlik uzunluğa, 2,5 mentlik enə və iki metrlik hündürlüyə malikdir. Konseptin arxa hissəsində sfera formasında olan Goodyer təkəri yerləşdirilib. Salon dörd nəfərlikdir və iki üzbəüz divan yerləşdirilmiş otaöa bənzəyir.
Camal mütəxəssisləri konseptin studiyanın dəbdəbəyə olan baxışını təcəssüm etdiyini və istənilən sinif üzərində olduğunu bildiriblər. Yeganə sual batareyalar dolduqdan sonra atları haraya bağlanacağıdır. Xatırlayırsınz isə, «80 gün dünya ətrafında» əsərinin qəhrəmanı Filias Foqq «atları arabanın arxasına bağlamazlar» deyib.