Azərbaycanlıların «badımcan» adlandırdığı London taksisinin yeni nəsili təqdim edilib. Çinin Geely şirkətinə mənsub olan London Taxi Company TX eCity modelini hibrid güc aqreqatı ilə təchiz edib.
Xatırladaq ki, artıq London Taxi Company London Electric Vehicle Company adlanır. Yeni keb 1,3-litrlik benzin mühərriki, batareyalar dəsti və elektrik mühərriki ilə təchiz edilir. Kebin ümumi yürüşü 640 kilometr təşkil edir ki, bundan 110 kilometrini avtomobil elektrik ötürməsi ilə getmək iqtidarındadı. Keb sürücüləri avtomobillərini Londonda inşa ediləcək 300 stansiyanın birində «doldura» bilrələr. Bu stansiyaların tikintisini gələn il başa çatdırmaq nəzərdə tutulur. Batareyaların doldurulmasına 45 dəqiqə gərəkdir.
Yeni kebin hazırlanmasında Geely şirkətinin Barselonadakı dizayn-mərkəzi çalışmışdır. Keb əsasən klassik FX4 modelini xatırlasa da, onun interyeri müasir Volvo modellərinə bənzəyir. Salondakı sükan, multimedia sisteminin iri displeyi, ötürmələr qutusunun selektoru və mühərriki işə salma düyməsi Volvo dizaynına malikdir. Avtomobilin salonunda ənənəvi oturacaqlarla yanaşı qatlanan oturacaqlarda quraşdırılmışdır. Keb altı sərnişini qəbul etmək imkanına malikdir. TX eCity bğyük panoram tavana da sahib olub.