Çinin İT nəhəngi Baidu uzun müddətdir ki, avtomobil bazarına daxil olmağa çalışırdı. Geely holdinqi ilə əməkdaşlığa başladıqdan sonra, IT nəhəngi bazara ilk elektromobilini - Jiyue 01 krossoverini çıxarıb. İndi isə, tərəfdaşlar ikinci modeli - Jiyue 07 liftbəkini təqdim ediblər. Bu avtomobilin carçısı 2023-cü ilin əvvəlində Robo-02 konsepti qismində nümayiş etdirilib. Təqdim edilən 07 seriya modeli isə, ondan yalnız kiçik ştrixlərlə fərqlənir.

Jiyue 01

Avtomobilin effektiv görkəmi üzərində Cadillac şirkətinin sabiq dizayneri Frank Vu işləyib: o, 2021-ci ilin yayında Baidu və Geely konsernlərinin birgə layihəsinə cəlb edilib. Jiyue 07 uğurlu nisbətlərə və təmiz formalara malikdir.

Profilin lakonizmi adi qapı tutacaqlarının yoxluğu ilə vurğulanır – onları sensorlu düymələr əvəzləyib. Red Dot Design Award və iF Design Award sənaye dizaynı müsabiqələrinin münsiflər heyəti bu obrazı o qədər bəyəniblər ki, avtomobillər kateqoriyasındakı qələbəni Jiyue 07 modelinə veriblər.

Robo-02

Liftbekin interyeri hələlik canlı şəkildə nümayiş etdirilməyib, yalnız kompüterdə çəkilmiş render mövcuddur. Görünən odur ki, liftbəkin interyer dizaynı artıq Jiyue 01 krossoverində nümayiş etdirilmiş interyer ilə böyük ölçüdə üst-üstə düşür.

Burada əsas yeri cihazlar paneli və media sistemi üçün nəzərdə tutulmuş vahid əyri ekran tutur. Qalan cəhətdən isə, salonda total minimalizm hökm sürür, hətta havalandırma sisteminin deflektorları belə ön paneldə gizləniblər. Fiziki düymələr yalnız sükan çarxında görünürlər.

Jiyue 07

01 krossoveri kimi, Jiyue 07 liftbək də artıq bir çox Volvo, Polestar və Zeekr modelləri üçün istifadə edilən Geely holdinqinin SEA (Sustainable Experience Architecture) platformasına əsaslanır. Çox güman ki, bu yaxınlarda təqdim edilmiş Zeekr 007 sedanı Jiyue 07 liftbəkinin texniki əkizdir, lakin hələlik dəqiq xüsusiyyətlər açıqlanmayıb. 

Yeganə məlum olan - SIMO adlı süni intellektli səs köməkçisinin mövcudluğudur. Avtonomluğa isə, yalnız yüksək dəqiqlikli kameralara əsaslanan avtopilot cavabdehdir: lidar nəzərdə tutlmayıb. Tesla şirkətinin belə konsepsiyanı uzun müddətdir ki, tətbiq etməsinə baxmayaraq, bu, Çin avtomobilində quraşdırılan ilk belə sistemdir.

Image alt Image alt Image alt Image alt

Jiyue 07 liftbək cari ilin birinci yarısında Çin bazarına çıxmalıdır və yalnız bundan sonra bütün məlumatlar dərc olunacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.