Dekabrın 8-də FIA (Beynəlxalq Avtomobil Federasiyasının) Mükafatlandırma mərasimi – FIA Prize Giving 2023 rəsmi tədbiri Bakı Konqres Mərkəzində baş tutdu. Bu tədbir ilk dəfədir ki, Bakıda keçirilir.
Mükafatlandırma mərasimi başlamadan öncə qonaqlar Mərkəzin foyesində qaliblərin avtomobilləri ilə yaxından tanış oldular. Bunlar 2023-cü ildə Formula 1, Dünya Ralli Çempionatı, Dünya Ralli-Raid Çempionatı (W2RC), FIA Dünya Dözümlülük Çempionatı, Formula E, Dünya Rallikross Çempionatında qalib komandaların avtomobilləridir.
Tədbir FIA-nın üzvü Azərbaycan Avtomobil Federasiyası, Bakı Şəhər Halqası əməliyyat şirkəti, Bakı şəhəri, həmçinin Rolex, Hankook Tire & Technology və Brembo brendlərinin tərəfdaşlığı ilə baş tutdu.
Bakıda keçirilən Prize Giving tədirində Azərbaycanın mədəniyyəti, qonaqpərvərliyi, mətbəxinin nümayişi də təşkil olunmuşdu.
Autograph jurnalının baş redaktoru Natiq Zərbəliyev, təsisçisi və direktoru Ramin Musayev
Orkestrinin solistləri, xalq artistləri Alim Qasımov, Əlixan Səmədov, Natiq Şirinov və qrupu, əməkdar artistlər Aleksey Miltıx, Emil Əfrasiyab, Fərqanə Qasımova, İsfar Sarabaski, həmçinin Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri, “Mirvari” rəqs ansamblı çıxış etdilər.
FIA prezidenti Mohammed Ben Sulayem yarışlarda qələbə qazananları bir daha təbrik edərək, bu tədbirin təşkilatçılığına dəstək verdiyi üçün Bakı şəhərinə, Azərbaycan Avtomobil Federasiyasına və onun prezidenti cənab Anar Ələkbərova öz minnətdarlığını və qonaqpərvərliyə görə təşəkkürünü bildirdi.
Mərasimdə Autograph jurnalının təsisçisi və direktoru Ramin Musayev, baş redaktoru Natiq Zərbəliyev də iştirak ediblər.
Daha sonra FIA prezidenti Mohammed Ben Sulayem, AAF prezidenti Anar Ələkbərov və digərləri 2023-cü il üzrə müxtəlif nominasiyalarda qaliblərə mükafatlarlarını təqdim etdilər.
FIA prezidenti Mohammad Ben Sulayem Oracle Red Bull Racing komandasının rəhbəri Kristian Hornerə Konstruktorlar Kubokunu, Formula1-in qalibi Maks Ferstappenə isə Çempionluq Kubokunu təqdim edib. Formula 1-in prezidenti Stefano Dominikali pilotlar çempionatında ikinci yer tutmuş meksikalı pilot Serxio Perezi mükafatlandırıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.