5-9 noyabr tarixlərində italiyan mətbəxinin və şərabının mükəmməlliyini nümayiş etdirmək məqsədi ilə ADA Universiteti, Scalini Restoranı, Fairmont və Four Seasons kimi nüfuzlu yerlərdə italyan təamlarının və şərablarının təqdimati və dequstasiyası tədbirləri keçiriləcək.
İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurini və Autograph jurnalının direktoru Ramin Musayev
İtaliya Respublikasının Azərbaycandakı Səfirliyi və ICE – İtaliya Ticarət Agentliyinin birgə əməkdaşlığı ilə “Birlik, davamlılıq və innovasiya: insanların sağlamlığı və planetin qorunması üçün İtalyan mətbəxinin inqrediyentləri” mövzusuna həsr olunmuş Dünya İtalyan Mətbəxi Həftəsinin VII buraxılışını təqdim edir.
2022-ci ildə Azərbaycanda keçiriləcək tədbirdə İtaliyanın Piemonte bölgəsinin Guarene (CN) şəhərində yerləşən "La Madernassa Ristorante & Resort" restoranının Mişelin ulduzlu aşpazı Cüzeppe D'Erriko iştirak edəcək.
"La Madernassa Ristorante & Resort" restoranının Mişelin ulduzlu aşpazı Cüzeppe D'Erriko
Dekabrın 6-da aşpaz AZTV dövlət televiziyasının ən məşhur kulinariya proqramlarının birində “Risotto all'Oro Nero” resepti ilə master-klass keçirmişdir.
Dekabrın 8-də italyan aşpaz CÀSÀ - Azərbaycan Kulinariya İncəsənət Mərkəzi ilə birgə təşkil olunmuş tədbirdə "Ciapinabo" resepti ilə masterclassı təqdim etdi. Tədbirə yerli media və mətbuat nümayəndələri dəvət olunmuşdu.
7 və 9 Dekabr Azərbaycanın dövlət qurumlarının rəhbərləri, siyasətçi və diplomatlar, yüksək vəzifəli şəxslər, müxtəlif sahibkarlar, əsas riteyl şirkətləri və yerli idxalçılar üçün “Four Seasons Hotel”də aşpaz tərəfindən hazırlanmış xüsusi menyu ilə iki şam yeməyi nəzərdə tutulub.