12 may 2023-cü ildə Landmark Biznes Mərkəzində İtaliya Ticarət Agentliyi Bakı Ofisinin təşkilatçılığı ilə "Italian Wines-Taste the Passion" adlı tədbir üzrə mətbuat konfransı keçirildi.
2023-cü il 11-12 may tarixlərində keçirilən iki hissədən ibarət olan tədbir İtaliya Respublikasının Azərbaycandakı Səfirliyinin və bəzi yerli qida va içki idxalçılarının dəstəyi ilə baş tutdu. Tədbirin ilk günü 11 may sadəcə yerli istehlakçılara həsr olundu və tədbirdə bir sıra İtalya məhsulları təqdim edildi.
12 may tarixli tədbirin ilk hissəsi yerli media nümayəndələri ilə nəzərdə tutulmuşdu. Tədbirin əsas məqsədi İtaliya Ticarət Agentliyi Bakı Ofisinin 2023-cü il üçün nəzərdə tutulan bir sıra təşviqat xarakterli tədbirlər haqqında yerli medianı məlumatlandırmaq, eləcə də "Made in Italy" brendi altında idxal olunan məhsulların Azərbaycan bazarında tanınmasını təşviq etmək idi.
Tədbirdə İtaliya Respublikasının Azərbaycandakı səfiri cənab Klaudio Taffuri, İtaliya Ticarət Agentliyinin direktoru cənab Andrea Maccanico və İtalyan şarabları üzrə mütəxəsis, ambassador, sommelier Artyom Lebedev çıxış etdilər. Onlar çıxışlarında təşviqat proqramı və İtalyan qida məhsulları barədə ətraflı məlumat təqdim etdilər. Bundan əlavə təqdim olunan təşviqat kampaniyası eyni zamanda italiyanın bir çox regionlarında müxtəlif missiyaların təşkili, press-tur, italyan mətbəxinə aid bəzi nümunələrin təqdimatı və həmçinin Bakı baharında bütün 2023-cü il ərzində keçiriləcək bir sıra qida və içki sənayesinə aid layihələri özündə cəmləşdirir.
Təşviqat proqramı və eləcə də bu dövrü əhatə edən bütün tədbirlər barədə ətraflı məlumatı layihənin rəsmi internet səhifəsindən www.italianfoodandwine.az əldə etmək olar.
Keçirilən tədbirin əsas məqsədi dəvət olunan qonaqlara "italyansayağı həyat” konseptini daha aydın şəkildə çatdırmaq və eyni zamanda qeyri-adi italyan dadlarından zövq almaq fürsətini verə bilmək idi.