Ölkəmizin biznes mühitinin inkişaf etdirilməsinə daima xidmət edən «İmprotex» şirkətlər qrupu iqtisadiyyatın müxtəlif sahələrində zəngin təcrübəsi olan dünya brendlərinin təmsil olunması ənənəsini yaşadır. Şirkətlər qrupu tanınmış dünya brendlərin Azərbaycanda təmsil olunması, onların təqdim etdiyi məhsullardan ölkəmizin müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsində iştirakı, habelə, biznes imkanlarının artırılması üzərində daim çalışır.
«Improtex» qrupun mühüm və sürətlə inkişaf edən strukturlarından biri olan «Improtex Trucks and Buses» şirkətinin əsası 2005ci ildə qoyulmuş və «MAN Truck&Bus» AG-nin rəsmi idxalçı kimi fəaliyyətə başlamışdır. Kommersiya avtomobilləri bazarında xüsusi mövqeyə sahib olan «Improtex Trucks and Buses» müxtəlif məqsədlər üçün avtomobillər idxal edir: inşaat, uzun məsafələrə daşıma, nəqliyyat həlləri, qida malları daşıyıcı, kommunal avtomobillər, yanğınsöndürənlər, ağır-tonnajlı nəqliyyat vasitələri və s. Xüsusi ilə özünüboşaldan texnikaların yerli bazarda tanıtımı, onların satışının və texniki servis imkanlarının genişləndirilməsində fəal iştirak edir.
10 il ərzində MAN-ın Azərbaycandakı avtomaşınları həm dövlət, həm də özəl sektorda müxtəlif infrastruktur layihələrdə, kiçik və iri həcimli dövlət proqramlı layihələrdə geniş təmsil olunmuşdur. Improtex Trucks and Buses şirkətinin satışını həyata keçirdiyi «MAN Truck&Bus» markalı yük avtomobilləri özünü Azərbaycan bazarında doğrultmuş və yüksək səmərəlilik əmsalı əldə etmişdir.
Qeyd edək ki, «Improtex Trucks & Buse» şirkətinin 10 illik yubileyi, təcrübəli və uzun müddətli tarixi yol keçmiş «MAN Truck&Bus» AG-nin yaranmasının 100 illik yubileyinə təsadüf edir. «Improtex Trucks & Buses» şirkəti hər iki hadisəni təntənəli şəkildə Qafqaz Sport Baku oteldə qeyd etdi. Bu yubileylərin qeyd olunması ilə əlaqədar MAN-ın vitse prezidenti cənab Roland W. Schacht və bir sıra yüksək rütbəli şəxslər bu tədbirdə iştirak etmək üçün Azərbaycana səfər ediblər.
«Mən uzun illər davam edən iş birliyimizdən məmnunam. Regionda və dünyada baş verən iqtisadi böhrana baxmayaraq, «İmprotex Trucs and Buses» şirkətinin növbəti illərdə də məhsuldar fəaliyyət göstərəcəyinə əminəm.» – deyə cənab Roland W. Schacht bəyan etdi.
Səfərin məqsədi MAN-ın 100 illiyində birgə iştirak etmək, həmçinin Azərbaycan biznesinə və biznesmenlərinə yeni imkanlar açmaq və qazanılmış təcrübələri müştərilərlə bölüşməkdir. Tədbirdə həmçinin, «Improtex» şirkətlər qrupunun baş direktor müavini Elnur Sultanov, «İmprotex Trucs and Buses» şirkətinin direktoru Ceyhun Mustafayev, tərəfdaşlar, iş adamları və müxtəlif qonaqlar iştirak etdilər.