"Excelsior Hotel & Spa Baku" otelində Baku Fashion Nights moda layihəsinin nümayişi keçirildi. Tədbir çərçivəsində Azərbaycan dizaynerlərinin Yeni il qabağı Fashion Bazaar yarmarkası keçirildi. Baku Fashion Nights tədbiri 2014-cü ildən başlayaraq ildə iki dəfə keçirilir və Azərbaycan dizaynerlərini birləşdirən, həmçinin ölkənin moda sənaesində yeni adları tanıdan böyük layihədir.
Tədbir çərçivəsində Yeni il qabağı Fashion Bazaar satış yarmarkası keçirildi, yarmarkada qonaqlar özlərinə Azərbaycan dizaynerlərindən geyim, aksesuar və bəzək əşyaları əldə edə bildilər. Yarmarkada geyim və aksesuarların seçimi kifayət qədər müxtəlif idi, burada müəllif geyimlərindən əlavə, əl işi olan Venesiya maskaları, əl çantaları, gümüş və dağ büllurundan hazırlanmış bəzək əşyaları, keramika məhsulları və təbii kosmetika təqdim olunub.
Tədbir Yeni il qabağı əhval ruhiyyəsində keçirildi və qonaqlara maraqlı proqram təqdim olundu. Nümayiş dizayner Gulum Əsədullayevin "Somnia" adlı kolleksiyası ilə açıldı. Sonra Yekatirina Eren və Liana Allahverdiyevanın birgə "Fashion lab" adlı kolleksiyalarının nümayişi oldu.
Dizayner Nətgiz Muxtarova “NRGZ” marka adı altında "Ornamento" adlı geyim kolleksiyasını təqdim etdi. Renara Şəmsiyeva cins parçadan hazırlanmış geyimlərdən ibarət "Seminollar" adlı kolleksiyanı nümayiş etdirdi. Sonra modelyer-dizayner Əminə Cəfər "Şah" adlı kolleksiyanı təqdim etdi. Həmçinin, dizayner Elnarə Mirsəlimova əl işləri olan bəzək və aksesuarları təqdim etdi. Öz növbəsində, Oksana Barxatova Azərbaycan Fashion Week-də böyük uğur qazanan kolleksiyasını nümayiş etdi. Moda nümayişi axşamı Əməkdar İncəsənət Xadimi, Azərbaycanın modelyer-dizayneri Fəxriyyə Xələfovanın "Cazibədar rənglər" kolleksiyası ilə başa çatdı. Dəb tədbirinin təşkilatçıları FMS Models model agentliyi, “Baku Fashion Night” təşkilatı, xanım Lyubov Qutorova-Poyraz və “Excelsior Hotel & Spa Baku” oteli oldu.