"AzPromo" Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İpək Yolu Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində avtomobil sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər, avtomobil və ona aid ehtiyat hissələri, məhsul və aksesuarların istehsalçıları, onların yerli dillerləri və distibütorları, ixracatçılar və iş adamlarının iştirakı ilə ümumilikdə 8000 kv/m ərazidə 28-30 iyun 2017-ci il tarixdə beynəlxalq avtomobil sərgisi keçiriləcək.
12 May tarixində İTF GROUP şirkətinin təsisçisi cənabi Həsən Mürtəci, və şirkətin direktoru cənab Nizami Gözəlov keçirilən mətbuat konfrasında, 2017-ci ildən etibarən başlayacaq avtomobil sərgisi haqqında mətbuat üzvlərini məliumatlandıraraq aşağıdakıları söylədilər.
Avtiomobil sənayesi üzrə fəaliyyət göstərən bütün şirkətlər və onların yerli dillerləri sərgidə iştiraka dəvət olunub. Təşkilatçı olaraq bu möhtəşəm sərgini keçirməkdə əsas məqsədimiz avtomobil sənayesi üzrə ən yeni nailiyyətlər və texnologiyaların yüksək səviyyədə nümayişi, Azərbaycan Respublikasında avtomobil sənayesinə marağı olan investorların cəlb edilməsi, ölkəyə investisiya axınının təmin edilməsi və istehsalatın inkişafı, yeni iş yerlərinin yaradılması, eləcə də avtomobil və ona aid avadanlıqlar və məhsulların keyfiyyət göstəricilərinin yüksəldilməsi üçün münbit və məhsuldar atmosferin yaradılmasından ibarətdir.
Bu kimi sərgilərin keçirilməsi ölkə üçün böyük iqtisadi perspektivlər yaratmaqla yanaşı, ildən ilə ölkəyə böyük sərmayə axınına səbəb olur. Bununla əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələrini, eləcə də ölkənin iqtisadiyyat və ticarət sahələrilə əlaqədar aidiyyətli qurumları, mütəxəssis və tədqiqatçıları, ümumilikdə avtomobil sahəsinə marağı olan bütün insanları sərgiyə dəvət etməkdən şərəf hissi duyuruq.
Sərgi günlərində eksponentlər və ziyarətçilər arasında yaranan ünsiyyət və işgüzar mühit Azərbaycandakı iqtisadi artım, istehsal sahələrinin gücləndirilməsi, investisiyaların cəlb olunması, yeni layihələrin icrası və yeni iş yerlərinin yaradılması işinə böyük töhfə verəcək.
Sərgiyə qatılan xarici şirkətlərin Azərbaycanın avtomobil sənayesi ilə yaxından tanış olmaları, bu istiqamətdəki perspektivlərin üzə çıxarılması, yeni texnoloji nailiyyətlər sahəsində təcrübə mübadiləsinin aparılması məqsədilə sərgi ilə yanaşı mütəxəssislər, ekspertlər, tədqiqatçılar və bütün maraqlanan insanların iştirakı ilə biznes-forumun keçirilməsi nəzərdə tutulmuşdur.
“İTF GROUP”un 2017-ci ildə Baku Ekspo Mərkəzində keçirəcəyi sərgilər:
“Baku Motor Show”(International Exhibition of Automobile Salon, Automotive Parts, Components, Car Maintenance Equipment and Products) - Beynəlxalq avtomobil sərgisi – yeni proekt: avtomobil, ehtiyat hissələri və ona aid avadanlıq və aksesurların nümayişi ( 28, 29 və 30 iyun 2017)
“Caspian İnd Expo” (International Caspian Industry Expo) – Beynəlxalq Sənaye Sərgisi (13, 14 və 15 sentyabr 2017)
“Halal Product Expo”– Beynəlxalq Halal Məhsullar Sərgisi (13, 14 və 15 dekabr 2017)