HondaJet təyyarələrinin çatdırılmasına 2015-ci ilin sonlarında başlayıb. Cet qanada bərkidilən mühərrikləri və yüngül təyyarə üçün kifayət qədər geniş olan salonu ilə tez bir zamanda diqqətləri öz üzərində cəmləməyə müvəffəq olmuşdu. Buna baxmayaraq, bir cəhətdən bu təyyarə hər hansı digər yeni cetı bənzəyirdi: debüt edən zaman onun da çatışmazlıqları mövcud idi.
Detallar
Ən yüksək uçub qalxma çəkisi (4.800 kiloqram) olan, nisbətən kiçik bir reaktiv təyyarə üçün, HondaJet nisbətən böyük qalxış məsafəsinə (1200 metr) malik idi. Bundan başqa, doldurulan şinlər uçuş zolağında baş verən bir sıra insidentlərə səbəb olurdu. Bir pilot, üç sərnişin və NBAA IFR ehtiyatları ilə təyyarənin uçuş məsafəsi 2260 kilometr təşkil edirdi ki, bu da onu iki saat yarımlıq təyyarəyə çeviridi.
HondaJet qiymət məsələsində orta mövqeləri tutmuşdu: 2016-cı ilin modelinin qiyməti təxminən 4.5 milyon dollar təşkil edirdi. Müqayisə üçün, bu kateqoriyadan olan Embraer Phenom 100 və Cessna M2 cetlərinin qiyməti, müvafiq olaraq, 4.1 milyon və 4.6 milyon dollar idi. Qiymətə qeyri-adi dizayn, əla sürət və sərnişin bölməsinin yüksək rahatlığı, həmçinin yaxşı düşünülmüş, etibarlı məhsullar - motosiklləri, avtomobilləri, asma mühərrikləri və generatorları yaradan Honda markasının imici təsir etmişdi.
Təyyarəsinin istifadəyə verilməsindən qısa müddət sonra, Honda Aircraft şirkətinin orijinal modeli təkmilləşdirməyə başlaması heç kimi təəccübləndirmədi. Nəhayət, Honda kaizenə, davamlı inkişaf prosesinə dərin bir şəkildə dalmışdı. Aerodinamik dəyişikliklər təkcə yaratmaq və həyata keçirmək üçün deyil, həm də təkmilləşdirmələrin sertifikatlaşdırılması üçün vaxt tələb edir.
Uçuşda
Birinci nəsil HondaJet 777 km/saatlıq sürətə və əvvəl də qeyd etdiyimiz kimi, 2260 kilometrlik uçuş məsafəsinə malikdir. İlkin yüksəlmə sürəti saniyədə 20,3 metr, yüksəlmə tavanı isə 13100 metr təşkil edir. İstehsalçı iddia edir ki, yenilənmiş versiya rəqib modellərə nisbətən 15-20% daha çox yanacaq səmərəliliyi və daha yüksək sürət təklif edir.
HondaJet təyyarəsinin karbondan hazırlanmış yüngül kompozit füzelyajı təbii laminar axını olan nazik metal qanadlar ilə birləşdirilib. Mühərriklər qanadın üstündəki pilonlarda quraşdırılmışdır ki, bu da müqaviməti azaldır. Orijinal konstruksiya təyyarəni daha böyük sürət, eyni zamanda, baqaj bölməsi və ayrıca qapalı tualet də daxil olmaqla, quyuruq hissəsindəki geniş məkan ilə təmin edir. Ümumilikdə, salon daha sakit, titrəyişlər isə daha az olub.
Göyərtədə
HondaJet mühəndislərinin hesablamalarına görə, göyərtədəki hər bir sərnişinə təxminən 1,7 kub metrlik məkan lazımdır və oturacaqlar elə yerləşdirilməlidir ki, üzbəüz yerləşdirilmiş kreslolarda oturan sərnişinlərin ayaqları kəsişməsin - buna görə də mühəndislər oturacaqlar arasında kifayət qədər boş məkan saxlayıblar. İçəridə, ön qapının qarşısında yerləşən bir nəfərlik divan, ardınca 4 kürsü, koridorun hər tərəfində bir-birinə baxan bir iki yer vardır.
Kabinənin sonunda, bu sinifdən olan digər təyyarələrdə tapılmayan, su kəməri olan tualet otağı mövcuddur. Təyyarənin interyerində avtomobil aksentlərinə - salon səthlərinin yüksək texnologiyalı örtüklərinə rast gəlmək olar. Alıcılar, artıq interyer və daxili tərtibat üçün parçaların geniş çeşidini seçə bilərlər. Habelə, qulaqlıqlardakı həcmli səsi təmin edən, dinamik və siqnal emalına sahib olan çeviriciyə əsaslanan Bongiovi səs sistemini də sifariş etmək mümkündür.
HondaJet Elite modelinin əsas cəhətləri arasında təkmilləşdirilmiş Garmin G3000 əsaslı cihaz paneli, GE Honda Aero Engines şirkətinin HF120 (hər biri 2050 funtluq dartma ilə) mühərrikləri, SkyPro HD IFE üçün Emteq və kabinə nəzarət sistemləri var. Hər bir sərnişin şəxsi elektron cihazlarından istifadə edərək, işıqlandırma və monoxrom pərdələrin simsiz idarə olunması həyata keçirə bilər. Opsional SiriusXM peyk radiosu sayəsində hər bir oturacaq üçün ayrıca radiostansiyanı seçmək olar.
HondaJet pilotları müntəzəm olaraq təyyarənin çempion kimi turbulentliyə tab gətirdiyini və kabinənin reallıqdan daha geniş göründüyünü bildirirlər. Bütün göstəricilərin ümumi reytinqini yaxşı kimi qiymətləndirmək olar.
Yeniliklər
Kaizen prinsiplərinə sadiq qalan Honda yaxşılaşdırma prosesinə vaxt sərfində xəsislik etməyib. Məsələn, daha mükəmməl əyləc sistemi kimi bəzi sistemlər, təhlükəsizliyi artırmaq üçün tətbiq edilmişdir. Yenilənmiş avionika, o cümlədən daha sürətli prosessorlar və yeni Garmin Electronic Stability və Protectin funksiyaları, yenilənmiş interyer, artırılan yanacaq ehtiyatı və yükgötürmə qabiliyyəti, həmçinin digər texniki yeniliklər Elite modelinin keçən il müştərilərə çatdırılmasına başlanmış yeni versiyasına daxil edilmişdir.
Bütün bunlar, ümumilikdə, uçuş məsafəsinin təxminən 500 kilometr artmasına, tələb olunun uçub qalxma zolağının uzunluğunun azalmasına və daha sakit salonun yaradılmasına səbəb olub.
Tualet kreslosu artıq təhlükəsizlik kəməri ilə təchiz edilmiş, uçuş və enmə üçün sertifikatlaşdırılmışdır ki, bu da qabaq qapının əks tərəfində oturacaq yerinə kambuzu seçmiş təyyarə sahiblər üçün sərnişin axınını qorumağa imkan verir.
2015-ci ilin sonundan 2019-cu ilin iyun ayına qədər, Honda şirkəti 17 ədəd Elite modeli də daxil olmaqla, 130 ədəd HondaJet təyyarəsini müştərilərə çatdırıb. HondaJet keçən ilin ilk yarısında öz kateqoriyasında ən çox satılan təyyarə olub. Honda, hazırda donanmasının 99,7% göndərilmə nisbətinə sahib olduğunu qeyd edir.
Şimali Karolina ştatının Qrinsboro şəhərindəki geniş kampusunda 1500 nəfər çalışır. Keçən yay 83 min kvadrat metrlik ehtiyat hissələri anbarı və istehsal sexi açılıb. Bu sex, yüksək səviyyədə avtomatlaşdırılmış istehsal prosesi sayəsində məhsuldarlığı artıracaq, sifariş və çatdırılma arasındakı vaxtı azaldacaq ki, bu da şirkətə məhsul istehsalının həcmini artırmağa imkan verir. Bu yolla Honda şirkətinin əməkdaşları kaizenə olan bağlılığın avtomobillər və təyyarələr üçün də eyni dərəcədə sərfəli olduğunu sübut ediblər.
2019 HondaJet Elite, xüsusiyyətləri
Qiymət: 5,25 milyon dollar
Uçuş heyəti: 1-2 nəfər.
Sərnişinlər: 5-6 nəfər
Uçuş məsafəsi: 2,661 km (bir pilot, üç sərnişin, NBAA IFR ehtiyatları)
Maksimal qalxış çəkisi: 4 853 kq
Maksimal sürət: 781.5 km/saat
Uçub qalxma məsafəsi: 1064 m