Automobili Pininfarina şirkəti ilk dəfə olaraq Battista kupesinin dinamik göstəricilərini açıqlayıb. Elektromobil eyni anda dörd dünya rekordunu qeydə alıb: 60 və 120 mil/saat, habelə 100 və 200 km/saat həddinə sürətlənmə üzrə. Rekord yürüşləri İtaliyanın Nardo trekində keçirilib və rəsmi olaraq qeydə alınıb.

Dərc olnumuş məlumata əsasən, Battista 100 km/saatı 1,86 saniyəyə, 200 km/saatı isə 4,75 saniyəyə toplayır. Daha bir rekord 100-0 km/saat tapşırığında qeydə alınıb: 100 km/saat sürəti ilə hərəkət edən superkara tam dayanmaq üçün 31 metr gərək olub.

Pininfarina Battista elektrik kupeləri İtaliyanın Kambiano kommunasındakı Pininfarina SpA zavodunda əl ilə yığılırlar. Hər bir hiperkar ümumilikdə 1927 at qüvvəsi hasil edən dördmühərrikli elektrik güc qurğusu və Rimac şirkətinin 120 kilovat-saatlıq dartma batareyası ilə təchiz olunur.

Kupe 150 nüsxədən ibarət tirajla buraxılacaq və 2,2 milyon avrodan başlayan qiymətlərlə satılacaqdır. Məbləğin kifayət qədər böyük olduğunu söyləmək olar, lakin bu qiymətə o cümlədən, seriya avtomobillər üçün rekord sayılan  sürətlənmə dinamikası da daxildir.

Battista hiperkarı haqqında təfərrüatlar ilk dəfə onun Dubay avtodromunda keçirilmiş debütü çərçivəsində açıqlanıb. Belə ki, Automobili Pininfarina şirkətindən hiperkarın yerindən 100 km/saata 1,86 saniyəyə, 200 km/saata isə 4,75 saniyəyə sürətləndiyi bildirilib.

Bu göstəricilər İtaliyadakı Nardo trekində qeydə alınıb və onların hər biri yeni dünya rekordudur. Eyni zamanda, bənzər dinamik xarakteristikalara Rimac Nevera hiperkarı da malikdir. Lakin Czinger 21C superhibridinin bir qədər yavaş olduğu ortaya çıxıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Battista modelinin maksimal sürəti 350 km/saatdır. Onun yürüş məsafəsi WLTP dövrünə əsasən 476 kilometr təşkil edir. Hiperkarın bir nüsxəsini yığmaq üçün orta hesabla 1250 saat vaxt lazımdır. Alıcılar 128 milyon variantda daxili rəng və dekor kombinasiyasından, üstəlik, Exterior Jewellery staylinq paketindən seçim edə bilərlər.

Sonuncu bir neçə variantında dizaynı olan təkər disklərini və alüminiumdan hazırlanmış elementləri ehtiva edir. Eyni zamanda hiperkarın təchiz edildiyi beş hərəkət rejiminin hər birinin özünəməxsus unikal Suono Puro (İtalyanca “təmiz səs”) saundtrəki var.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.