Əvvəllər Çinin BAIC konserninin tərkibinə daxil olan BAW (Beijing Automobile Works) şirkəti Jishi 01 hibrid ofrouderinin şəkillərini dərc edib. Brendin ilk modeli avqustun 22-də debüt edəcək, ona görə də, model haqqında ətraflı məlumat verilməyib. İstehsalçı bu modelin təbiətə səyahətləri sevənlərə ünvanlandığını bildirir. 01 modelinin unikal üstünlüyü onun təsiredici yürüş ehtiyatı olacaq - 1115 kilometr.
BAW Jishi 01 Land Rover Defender 130 ofrouderini xatırladan müasir üslubunda hazırlanıb. Ofrouderin uzunluğu 5295 millimetr, eni - 1980 millimetr, hündürlüyü - 1869 millimetr, təkər bazası isə 3010 millimetrdir.
Jishi 01 modeli 6 və ya 7 nəfərlik ola bilər. Salonda rəqəmsal cihazlar paneli və böyük ekranı olan media sistem var, tavanda isə, arxa sərnişinlər üçün daha bir ekran quraşdırılıb
Jishi 01 modeli 56 kilovat-saatlıq dartma batareyasını doldurmaq üçün generator rolunu oynayan 1,5-litrlik benzin turbomühərrikinə (152 at qüvvəsi) malikdir. Ofrouder elektrik mühərrikləri ilə hərəkətə gəlirr: öndə 204, arxada isə 272 at qüvvəsi hasil edən aqreqat yerləşir.
Sırf elektrik dartması ilə avtomobil təxminən 235 kilometr məsafə qət edir. Salonda altı və ya yeddi oturacaq, iki smartfonun eyni vaxtda simsiz enerji doldurması üçün platforma və arxa sərnişinlər üçün “televizor” var.
Jishi 01 səyahətlər üçün nəzərdə tutulub və bir sıra aksessuarların köməyi ilə onu təkərlər üzərindəki evə çevirmək olar. Reklama əsasən, alıcılara damda quraşdırılan baqaj qutusu, tent, üfürülən çarpayı, yemək və içkilər üçün qutular, düşərgə mətbəxi təklif olunacaq.
Maraqlıdır ki, mətbəx arxa qapıda yerləşəcək: beşinci qapıya su dispenseri və elektrik plitəsi olan qatlanan bölmə quraşdırılacaq. Çinin Weibo sosial şəbəkəsi Jishi 01 modelinin xüsusi düşərgə rejiminə malik olacağını iddia edir - lakin hələlik bu barədə təfərrüatlar yoxdur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.