W Motors Lykan və Fenyr, xüsusi yaradılmış Zarooq Sand Racer idman yolsuzluq baggisi kimi maraqlı avtomobillərin yaradıldığı yer Birləşmiş Ərəb Əmirlikləridir. Lakin bu avtomobillər arasında digər bir ümumi cəhət də mövcuddur. Bu avtomobillərin dizaynını yaradan şəxs eyni adamdır - Entoni Cannarelli. Öz fəaliyyətinə Fransada başlasada Cannarelli Ərəb Əmirlilərində məşhurlaşa bilmişdir. Entoni hal-hazırda da W Motors şirkətinin dizayn mərkəzinə rəhbərlik edir. Buna baxmayaraq o artıq şəxsi layihələri ilə də məşğul olmağa başlamışdır.
Dubayda yaşayan fransız Frederik Jüyo ilə səylərini birləşdirən Cannarelli, Jüyoya məxsus olan yaxtalar buraxan müəssisənin əsasında yeni J&J Special (Jannarelly və Juillot) adlı firma yaradaraq, kompozit materiallardan avtomobil hissələri hazırlamağa başlayıblar.
Həmçinin, dostlar yeni avtomobil markası təsis edərək, avtomobil istehsal etmək fikrinə də düşüblər. Yeni yaradılmış Jannarelly markasının ilk avtomobili Design 1 spayderidir.
Tərəf müqabillərinin birdirdiyi kimi, avtomobil yığılma prosesindədir və gələn ilin fevral ayına hazır olmalıdır. Onlar avtomobilin texniki xüsusiyyətlərini açıqlayaraq sifariş də qəbul etməyə başlayıblar. Jannarelly Design 1 tərəfdaşların rəğbət bəslədiyi «minimalizm» üslubunda (onlar, məşhur Lotus 7 üslubunda olan Caterham и Donkervoort avtomobillərindən istifadə edirlər) yaradılmışdır.
Avtomobilin əsasını alüminium və poladdan olan xüsusi rama təşkil edir. 1957 ilin Ferrari 250 Testa Rossa modelini xatırladan avtomobilin kuzovu şüşə və karbon plastikdən hazırlanmışdır. Design 1 Nissan şirkətinin istehsalı olan 3,5-litrlik VQ35 mühərriki ilə təchiz edilir. Mühərrik 304 at qüvvəsinə və 371 Nm fırlanma anına malikdir. Sürətlər qutusu - altı pilləli mexaniki qutudur. Arxa çəkişli spayder yüksək sürtünməli differensialla təchiz olunur. Alın şüşəsi olmayan avtomobil 710 kiloqramm çəkiyə malikdir. O, 100 km/s sürətini 4,0 saniyəyə toplayır və 220 km/s maksimal sürətə malikdir.
Tərəfdaşlar yay mövsümünə qədər 5 avtomobildən ibarət ilk partiyanı alıcılara çatdırmaq niyyətindədirlər. 55 min dollar məbləğində qiymətləndirilmiş avtomobilin avadanlıqlar siyahısına dəri oturacaqlar, karbonplastik və xromla işləmələr dəsti, dördnöqtəli təhlükəsizlik kəmərləri və polikarbonatdan hazırlanmış alın şüşəsi daxildir.
Cannarellinin bildirliyinə görə, sonradan avtomobilin daha sadə variantını və hatta yığma dəsti şəklində, mühərrik və sürətlər qutusu olmadan sifariş etmək də mümkün olacaq.
Avtomobilin əlavə avadanlıq siyahısına şüşəsilənlə təchiz edilmiş alın şüşə, sərt dam örtüyü və hətta arxa hissənin dizaynının dəyişdirlmıəsi də daxil olacaq. Cannarelli və Jüyo, avtomobilin istehsalına 3 ay vaxt gərək olduğunu və avtomobilin ilk sınaqlar üçün aprel ayında hazır olacağına söz veriblər.