Bu həftəsonu Formula 1 çempionatının üçüncü mərhələsi olan Bəhreyn Qran Prisi keçirilir. Yarışın start düzülüşünü müəyyən edən sıralama turalarının qalibi Mercedes komandasının fin pilotu Valteri Bottas olmuşdur. Fin pilot adlı-sanlı komanda yoldaşını üstələməyə müvəffəq olmuşdur.

İlk seqmentdə Mercedes və Ferrari pilotları istisna olmaqla, bütün pilotlar SuperSoft təkərləri ilə çıxmışdılar. Həmilton, Bottas, Fettel və Rəykkonen Sort təkərlərində göstərilən vaxtın kifayət qədər olacağından əmin idilər. Bununla belə, Kimi ikinci cəhdində SuperSoftdan istifadə etməli oldu. Səbəb seqmentin sonuna trekin vəziyyətinin yaxşılaşması olmuşdur.

İlk seqmentin sonları sürprizlərlər bol oldu. Qəfildən Toro Rosso pilotu Saynsın bolidinin mühərriki gücü nü itirdi və ispan pilot ikinci seqmentə keçmək şansını əldən verdi. İspan pilotdan sonra ilk seqmenti tərk edən pilotlar Vardorn, Peres, Eriksson və Maqnussen oldular. Bu mövsümdə yarışlara qayıdan Verlyayn isə ikinci seqmentə keçməyi bacardı.

İkinci seqmentdə hava bir qədər qaraldı və məntiqi olaraq trekin asfaltının temperaturu aşağı düşdü.  Lyuis Həmilton 1.29,535 zamanı ilə protokola başçılıq etdi. İlk üçlükdə nəticələr çox sıx idi - Həmilton, Bottas və Fetteli cəmi 0,051 saniyə ayırırdı. Fernando Alonso ikinci sessiyanın bitməsinə beş dəqiqə qalmış sıralamanı tərk etmək qərarına gəldi. Beləliklə, bu gün o 15-ci yerdən start alacaqdır. Fernandonun sıralamaya çıxmaqdan imtina etməsinin səbəbi növbəti dəfə Honda mühərrikinin nasazlığı olmuşdur.

Hər iki Renault pilotu uğurla çıxış edərək final seqmentə adlamış oldular.  Hülkünberq hətta beşinci yerdə sıralanmağa müvəffəq oldu.

Dənil Kvyat son cəhdində bir neçə səfv buraxaraq final seqmentin bir addımlığında qaldı - sabah rusiyalı pilot yarışı 11-ci yerdən başlayacaqdır. Onun arxasınca Stroll, Velyayn, Okon və Alonso start alacaqdırlar.

Üçüncü seqment poul uğrunda gərgin mübarizə ilə yadda qaldı. Birinci olaraq Bottas 1.28,844 zamanla Rikkardonu geri atmış oldu.  Lakin, Lyuis öz cəhdində 1.28,792 zamanla fin pilotu üstələdi. Fettel Mercedes pilotlarına 0,4 saniyə uduzsa da Ferstappeni keçməyə müəssər oldu.

Kimi isə problemlər yaşamasına baxmayaraq beşinci nəticəni göstərə bildi.

İkinci cəhddə Həmilton çalışsa da komanda yoldaşının zamanını keçə bilmədi və Valteri Bottas bu mpvsümdə ilk pouluna imza atdı.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt