Bu gün keçirilmiş yarış bir daha Bəhreyndə poulun o qədər də vacib olmadığını sübut etmiş oldu. Dünən karyerasında ilk poulunu qazanan Valteri Bottas yarışı yalnız üçüncü olaraq tamamlamışdır.

Ümumiyyətlə, bu mövsümdə keçirilmiş üç yarış arasında ən maraqlı olanı da Bəhreyn Qran Prisidir desək yanılmarıq. Yarış elə startdan başlayaraq həyəcanla dolu oldu. Poulun sahibi Valteri Bottas yerini qorusa da, onun komanda yoldaşı Lyuis Həmilton startda Fettelə keçildi. Digər tərəfdən Maks Ferstappen də yaxşı start alaraq Rikkardo və Rəykkoneni geridə qoymağı bacardı. Bərbad start alanların arasında Rəykkonen də vardı - Red Bull pilotları ilə mübarizəyə başı qarışan fin pilot Massaya keçilmiş oldu. Lakin, startda ən geriyə düşən pilot rusiyalı Dənil Kvyat oldu - komanda yoldaşı Saynsla mübarizə aparan Dənil əyləcləmədə səhvə yol verərək trekdən çıxdı və nəticədə peletonun  sonuna düşdü.

İlk ön dövrə ərzində ilk beşlik demək olar ki, sıx şəkildə yarışı davam etdirsələr də ötmələr qeydə alınmadı. Fettel Bottasa güclü təzyiqlər etsə də, fin pilot səhvə yol vermədi. 

Beləliklə, qələbənin taleyini ilk pit-stoplar müəyyən etməli idi. İrəliyə gedərək, həqiqətən də liderlərin pit-stopları yarışa damğasını vuran an oldu. 10-cu dövrədə Fettel liderlərdən birinci olaraq pitə yollandı və bununla da böyük üstünlük əldə etmiş oldu.

Buna səbəb əyləcləri imtina etmiş Ferstappeninin qəzası və onun ardınca da Toro Rosso pilotu Saynsın Williams komandasının gənc pilotu Lens Strolla toqquşması oldu. Çarli Uaytinq qəzanın nəticələrinin aradan qaldırılması üçün təhlükəsizlik avtomobilini trekə göndərdi.  Maylanderin peletona başçılıq etməsi ilk növbədə onun həmyerlisi Fettelin xeyrinə oldu. Pit-stopa yollanan rəqiblər alman pilota liderliyi təhvil verdilər.

Restartdan sonra Fettel səhv buraxaraq dördüncü döngədə Bottasın ona hücum etməsinə imkan yaratdı. Lakin, alman pilot mövqeyini qorumağı bacardı və hətta fin pilotdan uzaqlaşmağa başladı. Yarışın yarı məsafəsində Seb artıq Bottasla arasını beş saniyəyə qədər açmağı bacardı. 

Eyni zamanda, şinləri ilə problem yaşayan Valteri komanda yoldaşı Həmiltonu ləngidirdi. Həmilton isə, öz axmaqlığı ucbatından qələbəni əldən vermiş oldu - pit-spot zamanı Rikkardonu qəsdən yaşalatdığına görə, stüartlar ona 5 saniyə cəzası kəsmişdirlər.

Mercedes körpücüyü isə komanda taktikasına əl atmaq məcburiyyətində idi və 27-ci dövrədə Bottas Həmiltonu irəli buraxdı. Üstəlik, Həmilton ikinci hissədə  SuperSoft təkərlərinə üstünlük verən rəqiblərindən fərqli olaraq Soft təkərlərini seçmişdi. Fettel özünün ikinci pit-stopuna 33-cü dövrədə yollandı və Həmilton və Rəykkonenin ardınca üçüncü olaraq qayıtdı. Bununla belə, Lyuisin seçdiyi taktikanın işləməyəcəyi artıq özünü göstərməyə başladı - yeni şinlərə keçən Fettel britaniyalı ilə arasını açmağa başladı.

Mercedes komandasının son pit-stopu yarışın bitməsinə 15 dövrə qalmış keçirəcəyi artıq şübhə doğurmurdu.  Hadisələr elə düşündüyümüz kimi cərəyan etdi - Lyuis 15-ci dövrədə pit-stopa yollanaraq 5 saniyəlik cəzasını çəkdi və şinlərini dəyişərək Fettelin 18 saniyə, Bottasın isə 9 saniyə gerisində üçüncü olaraq qayıtdı.

Liderlərin arxasında isə vəziyyət stabil olaraq qalırdı. Rikkardo, Massa, Peres, Qrojan heç bir problem olmadan yarışı davam etdirirdilər. Yeganə mübarizə Hülkenberqlə Okon arasında gedirdi. Əlbəttə son 15 dövrədə əsas diqqət sürətlə Bottasla arasını azaldan Həmiltonda idi. 

Yarışın bitməsinə 10 dövrə qalmış komanda yoldaşı ilə «haqq-hesabı çürüdən» Lyuis Fetteli qovalamağa başladı - lakin, artıq çox gec idi. Alman pilot yarışa nəzrət edərək sakit tərzdə 44-cü qələbəsinə döğru gedirdi.

Yarışın bitməsinə 3 dövrə qala Lyuis cəhdinin əbəs olduğunu başa düşdü və Fettelə çatmaq planlarından əl çəkdi. Fettel isə bu mövsümdə ikinci qələbəsini qazanaraq pilotlar çempionatındakı liderliyini möhkəmlətmiş oldu. Həmilton ikinci, Bottas isə yarışın sonlarında sürətlə ona çatan Rəyykonenin önündə yarışı üçüncü tamamlamış oldu.

İlk onluğu tamalayan pilotlar Massa, Peres, Qrojan, Hülkenberq və Okon oldular. Yarış boyu qəhrəmancasına mübarizə aparan Alonso isə növbəti dəfə Honda mühərrikinin qurbanı oldu.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt