Lyuis Həmilton poul-pozişnlərin sayına görə əfsanəvi Mixael Şumaxerlə bərabərləşib. Üstəlik, britaniyalı Belçika Qran Prisinin təsnifatı sessiyası zamanı trekin yeni rekorduna imza atıb.
Birinci seqmentin başlanması ilə Kimi Rəykkonen radio ilə mühəndislərə güclü vibrasiyalar olduğundan şikayət edib. Təhlil aparan komanda dərhal Kimini qaraja çağırıb. Qalan liderlər SuperSoft təkərlərindən istifadə edərək sıralamanın tempi müəyyən ediblər. Həmilton Fetteli 0,091 saniyə qabaqlayıb. Kimi isə komanda yoldaşından yarım saniyə geridə qalaraq UltraSoft təkərindən istifadə edən Ferstappeni irəli buraxıb. Valtteri Bottas və Daniel Rikkardo komanda yoldaşlarından geridə qalaraq ilk altılığı tamamlayıblar.
İlk seqmntdə ələnən pilotlar Felipe Massa, Dəniil Kvyat, Lens Stroll, Markus Eriksson və Paskal Verlyayn olublar.
İkinci seqmentə bütün pilotlar UltraSoft təkərlərini ilə çıxıblar. Rəykkonen vibrasiyalardan şikayət etməyə davam edib. Lyuis ilk cəhddən fin pilotu 0,161 saniyə üstələyib. Fettel isə, ümumiyyətlə liderdən 0,448 saniyə geridə qalaraq Ferstappeni də irəli buraxıb. Renault komandasının pilotu Colion Palmer də yüksək sürət nümayiş etdirib. O, liderdən 1,304 saniyə geridə qalaraq yeddinci olub. Lakin, Renault komandası ikinci seqmentdə problemlərlə üzləşib - Hülkenberq maşında nəyisə qaydada olmadığını bildirib, Palmerin bolidində isə, pit-leyndən çıxışda mufta xarab olub.
65 yer cəzası alan Stoffel Vandorn ümumiyyətlə sürətli zaman göstərməkdən imtina edib. O, bunun əvəzinə komanda yoldaşı Alonsoya slipstrimlə sürətlənməyə yardım edib. Təəssüflər olsun ki, bu yardım üçüncü seqmentə keçmək üçün kifayət etməyib - seqmentin bitməsinə az qalmış Alonso radio ilə mühərrikin güc itirdiyini bildirib.
Nəticədə ikinci seqmentdə ələnən pilotlar Alonso, Qrojan, Maqnussen, Sayns və Vandorn olublar.
Üçüncü seqment, bolidinin mühərrikindən yağ axan Colion Palmerin dramatik şəkildə sessiyadan kənar qalması ilə başlayıb. Bu arada liderlər özlərinin ilk cəhdlərini ediblər: aralıq poul Həmiltonun olub, ondan sonra isə Rəykkonen, Bottas və Fettel sıralanıblar. Çempionatın lideri dövrəni zəif başa vuraraq əsas rəqibinə yarım saniyə uduzub. Red Bull Racing pilotları həmişəki kimi üçüncü cərgədən poul uğrunda mübarizəni izləyiblər.
Final seqmentinin ikinci hissəsində də Həmilton üstünlüyə malik olub. O, ikinci cəhdində 1.42,553 zamana imza ataraq trekin rekordunu yeniləyib. Fettal ikinci cəhdində ikinciliyə yerləşməyə müvəffəq olub. İki liderin ardınca onların komanda yoldaşları sıralanıblar. Beşinci və altıncı yerlər Maks Ferstappen və Dəniel Rikkardoya qismət olub. İlk onluğu Hülkenberq, peres, Okon və Palmer tamamlayıb.