Volvo şirkəti Belçikanın Gent şəhərindəki müəssisəsində yığcam XC40 krossoverinin istehsalına start verib. Alıcılara ilk avtomobillər gələn ilin əvvəlində çatdırılacaqdır.
Yeni modelin istehsalına başlamaq üçün səkkiz min kvadrat metr sahəsi olan müəssisənin yığma sexinin ərazisi genişləndirilmiş və 363 yeni robot quraşdırılmışdır. Belçikadakı zavod 1965-ci ildən başlayaraq 52 ildir ki, Volvo avtomobillərini istehsal edir.
Burada XC60 krossoverinin birinci nəsli, V40 hetçbeki və V40 Cross Country universalı, həmçinin S60 sedanı və V60 universalı istehsal edilib. Volvo XC40, isveç markasının Geely şirkəti ilə birgə hazıladığı CMA modul platformasında inşa edilmiş ilk modelidir.
Bu platforma 40-cı seriyadan olan avtomobillərin əsasənı təşkil edəcəkdir ki, bu avtomobillərin arasında elektrik mühərrikləri ilə təchiz edilmiş modellər də olacaqdır.
Volvo XC40 Drive-E ailəsindən olan iki dörd silindrli mühərriklə təklif ediləcəkdir. Bunlar 190 at qüvvəli D4 dizel və 254 at qüvvəli T5 benzin mühərrikləridir. Volvo XC60 modelində benzin mühərrik səkkiz diapazonlu “avtomatla”, dizel mühərriki isə altı pilləli mexaniki və ya avtomatik ötürmələr qutusu ilə təchiz edilir.
Gələcəkdə yeni krossover hibrid güc aqreqatı ilə də təklif ediləcəkdir.