Fransadan yerləşən və saat istehsalı ilə məşğul olan Bell&Ross şirkəti AeroGT adlı idman avtomobilinin prototipini təqdim etmişdir. Avtomobilin rəsmi təqdimat mərasimi İsveçrənin Bazel şəhərində təşkil edilən Baselworld 2016 şərgisində keçirilmişdir. Bu sərgidə fransızlar həmçinin məhdud sayda - 500 ədəd tirajla buraxılacaq BR 03-92 AeroGT və BR 03-94 AeroGT xronoqrafılarını da təqdim etmişlər. Bu xronoqrafların hər birinin dəyəri 7900 avro təşkil edir. Saat şirkətinin yaradıcı direktoru Bruno Belamiçin sözlərinə görə, müasir superkarın yaradılması zamanı dizaynerlər aviasiya ruhu daşıyan 1950-ci illərin Grand Tourer (GT) avtomobillərindən ilham almışdırlar.

Superkar işıq diodlarından hazırlanmış ön fənərlər, təyyarə qübbəsini xatırlasdan dam və yan güzgüləri əvəz edən ön qanadlarda yerləşdirilmiş kameralarla təchiz edilmişdir. Bundan əlavə, AeroGT təyyarənin şaquli stabilizatorunu xatırladan arxa «üzgəc», turboreaktiv mühərriklərin ucluğu formasında olan səsboğucu sistemin boruları ilə də seçilir. 

AeroGT idman kupesinin uzunluğu 4,7 metr, hündürlüyü isə 1,1 metr təşkil edir. Superkar karbondan hazırlanmış monokokun əsasında yığılmışdır və 4,2-litrlik iki turboüfürməli səkkizsilindirli mühərriklə hərəkətə gəlir. Mühərrikin gücü 610 at qüvvəsi təşkil edir. Güc aqreqatı səkkiz pilləli robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır.

Bell&Ross şirkətinin dizaynerlərinin hazırladığı superkar 100 km/saat sürətini 2,9 saniyəyə toplayır. Yerindən start alan avtomobil bir kilometr məsafəni 19,8 saniyəyə qət edir. Superkarın maksimal sürəti 315 km/saat təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt