Bentley şirkəti 1953-cü ilin R-Type Continental modelinə ithaf olunmuş eksklüziv Continental GT Azure kupesini nümayiş etdirib. Kupe ötən ilin mayında işıq üzü görən Azure seriyasına daxil edilib: bu indeks eksklüziv modeldə diqqətin rahatlıq və təhlükəsizliyə yönəldildiyindən xəbər verir. Buna görə də, kupenin tərtibatında müxtəlif növ ağaclar da daxil olmaqla premium materiallardan geniş istifadə olunub. Kupenin avadanlıq siyahısına çoxsaylı elektron köməkçilər də daxil edilib.

Continental GT Azure kupesinin dizaynerləri üçün ilham mənbəyi 1953-cü ilin dekabrında İsveçrəyə, doktor Roland Geninə təhvil verilmiş 70 yaşlı R-Type Continental modeli çıxış edib. 2001-ci ildə Bentley şirkəti klassik R-Type kupesini sahibindən alıb və onu zavod vəziyyətinə qaytarıb.

Genin R-Type modelini fil sümüyü rəngində kuzovla sifariş etmişdi. Müasir avtomobil Old English White adlı, orijinaldan bir qədər fərqlənən rəngə boyanıb. Görünüşü xrom radiator barmaqlığı və bəzəklər, həmçinin orijinalla eyni rəng sxeminə malik olan əllə işlənmiş 22-düymlük təkər diskləri tamamlayır.

Salona gəldikdə isə, dizaynerlər R-Type modelindən uzaqlaşmağa qərar veriblər və qırmızı rəngli dərinin əvəzinə  qəhvəyi rəngli təbii Cricket Ball dərisindən istifadə ediblər. Bununla belə, müasir kupenin ön paneli klassik kupenin ön panelini örtən Burr Walnut şponu ilə bəzədilib.

Görünüşünü orijinala yaxınlaşdırmaq üçün, örtük açıq məsaməli vəziyyətdə saxlanılıb: buradakı lakın qalınlığı  cəmi 0,1 millimetrdir. Xatırladaq ki, firma High Gloss cilasında bu qalınlıq 0,5 millimetrə çatır. Dizaynerlər həmçinin samşit əlavələri və qızıl Mulliner örtükləri olan düz lifli Avstraliya qozu şponundan istifadə ediblər. Kandarlarda R-Type silueti olan lövhələr quraşdırılıb.

Continental GT Azure modelinin avadanlıq siyahısına infraqırmızı kameralar vasitəsilə qabaqdakı avtomobillə məsafəni qoruyan, zolaqda saxlama, hətta gecə vaxtı piyadaları və velosipedçiləri aşkarlama funksiyasına malik olan adaptiv kruiz-kontrol daxildir.

Bütün Azure Series modellərində mövcud olan köndələn dayanıqlılıq stabilizatoru kuzovun tarazılığını qoruyaraq döngələri rəvan şəkildə keçməyə kömək edir.  Bentley iddia edir ki, avtomobilin salonunda yaradılmış mühit sürücünün yorğunluğunu azaldaraq təhlükəsizliyin artırılmasına xidmət edir. Rahatlıq üçün proyeksiya displeyi də nəzərdə tutulub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Continental GT Azure yeganə nüsxədə buraxılıb və satış üçün nəzərdə tutulmayıb: o, Bentley şirkətinin press-parkına daxil olacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.