Bentley yeni interyer mebeli kolleksiyasını və açıq hava üçün ilk mebel çeşidini təqdim edib. Belə ki, Britaniya istehsalçısı mebelin patentləşdirilmiş MARMMORE “mərmər” parçası və çətənə liflərindən hazırlanmış Colwyn tekstili ilə üzlənməsi təklif edir. İnteryer mebel çeşidinə Şotlandiyanın cənub-qərbindəki Qallovay bölgəsinin adını daşıyan Galloway şezlonqu və Stirling güzgüsü daxildir.

Bentley özünün ilk interyer mebeli xəttini 2013-cü ildə təqdim edib. 2021-ci ildə Home kolleksiyasına Degradé effektli dekoru olan yemək masası, divan, kreslo və taxta çərçivəli, təxminən üç metr uzunluğunda iş masası daxil edilib.

Eyni zamanda, Bentley mərməz tozundan hazırlanmış MARMMORE parça üzlüklərini də təqdim edib. İndi isə, bu eksklüziv materialdan açıq hava üçün nəzərdə tutulmuş mebel kolleksiyasında istifadə olunur.

Kolleksiya Solstice (“Gündönümü”) adlandırılıb. Buraya divan, kreslo, puf, şezlonq və iki masa - qəhvə masası və qoşulan masa daxildir. Yumşaq mebel üçün bir neçə üzlük variantı var - bunlar məxmər, şönil, atlaz, MARMMORE parçası və ilk dəfə olaraq çətənə liflərindən hazırlanmış Colwyn tekstilidir.

Masanın üstü, əlbəttə ki, mərmərdəndir. Bütün əşyaların əsas elementi, Bentley avtomobillərinin “matrisli” radiator barmaqlığını xatırladan, güzgü parlaqlığına qədər cilalanmış polad çubuqlardan hazırlanmış karkasdır.

Bu arada, qapalı məkanlar üçün hazırlanmış 2022-ci il mövsümünün əsas mebel xəttinin yaradılması zamanı təbii formaların və futuristik memarlıq kəsişməsindən istifadə edilib. Galloway divanı, skamyası və şezlonqu, Şotlandiyanın cənub-qərbində meşələri, təpələri, dağları və İrlandiya dənizinə açılan mənzərələri ilə tanınan Qallovey bölgəsinin adını daşıyır.

Mebelin əsası üçqatlı ağac şponundan (çinar, likvidambar və ya fındıq) hazırlanır. Spon - parlaq, fırçalanmış, Degradé və ya metal effektli lakla örtülmüş ola bilər.

Degradé laklanması haqqında ayrıca danışmağa dəyər. Proses bir neçə mərhələyə bölünür. Əvvəlcə ağaca əl ilə qoruyucu maye vurulur. Sonra usta gradient effekti yaratmaq üçün müəyyən bir nisbətdə rəng və lakdan hazırlanmış boyanı püskürdür. Bunun ardınca hissəyə parıltı vermək üçün aralıq cilalama, daha dörd qat qoruyucu örtüyün burulması və son emal aparılır.

Galloway parçaları ilə yanaşı, 2022-ci ilin kolleksiyasına kolleksiyaya Havergate qarderobu, Helston qəhvə masası və Stirling güzgüsü əlavə edilib. Masa ağacdan, mərmərdən və dəridən hazırlanır, güzgü isə, 20-ci əsrin ortalarının texnologiyasına uyğun olaraq hazırlanmış gümüş amalgam ilə təklif olunur. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hər bir mebel predmetində Beltley avtomobillərinin oturacaqlarında və Britaniya şirkətinin bütün qeyri-avtomobil layihələrində, məsələn, Bomber Ski xizəklərində rast gəlinən ənənəvi rombşəkilli Bentley motivi var.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.