2020-ci ildə Bentley şirkəti canlandırılmış Coachbuilt bölməsinin iki layihəsini təqdim edib - Bacalar rodsteri və müharibədən əvvəlki Blower modelinin replikası. Hər iki avtomobil 12 nüsxəlik tirajla buraxılacaq və Mulliner atelyesinin dünyanın ən qədim kuzov atelyesi adına sahib olduğunu xatırlatacaqdırlar.
Atelyenin yaranma tarixi 18-ci əsrin ortalarına təsadüf edir. Hələlik isə, Bentley ilk müştəri avtomobillərini nümayiş etdirməyə hazırdır: Bacalar Car One xüsusi tutqun gümüş-krem Atom Silver rənginə, Blower isə Bentley Boys komandasının üzvülərindən biri olan ser Henry Birkinin adını daşıyan Birkin Green rənginə boyanıb.
Bentley Mulliner atelyesi Corniche sedanı ilə təcrübə toplayarkən, Bacalar rodsteri belə növ ilk kommersiya layihəsi olub. Rodster Continental GTC kabrioletinə əsaslanır, ancaq bu avtomobillərin yalnız bir ümumi detalı var - açarsız giriş sistemi sensorlar ucbatından qalmalı olan qapı tutacaqları.
Rodsterin kuzobu karbon lifindən hazırlanıb, interyer tərtibatında isə, bir çox qeyri-standart həllərdən istifadə edilib. Məsələn, ön panel Şərqi İngiltərədəki torf bataqlıqlarından çıxarılan və 5000 yaşı olan Riverwood ağacı ilə bəzədilir.
İlk müştəri Bacalar modeli tutqun gümüşü Atom Silver rənginə boyanıb. 22-düymlük təkər diskləri də qeyri-adi tərtibata malikdirlər: onların üz tərəfi ayna parıltısına qədər cilalanıb, daxili hissəsi tünd boz rəngə boyanıb və yaşıl Moss Green rəngində haşiyə ilə bəzədiliblər.
Bu çalardan həm xarici, həm də daxili dekorda istifadə olunur və parlaq qara elementlərlə yaxşı uyğunlaşır.
Salonda eyni Riverwood ağacının iki versiyasından istifadə olunub: açıq məsaməli və laklı. Oturacaqlar qara Beluga və Nappa dərisi ilə örtülüblər. Mərkəzi konsoldakı şaybalarda, transmissiya selektorunda və sükan çarxında anodlaşdırılmış alüminium üzərindəki bürünc işləmələr mövcuddur. Bentley Rotating Display tutqun nikel ilə işlənmişdir.
Avtomobil ilə birlikdə, müştəriyə Schedoni firma səyahət çantaları dəsti də göndərilir.
İlk Blower modeli ingilis markasının muzeyində saxlanılan UU 5872 qeydiyyat nömrəli Team Car No. 2 modelinin dəqiq surətidir. Yeni modelin kuzovu Birkin Green rənginə boyanıb və süni Rexine dərisindən hazırlanmış elementlərlə bəzədilib.
Kapotun altında, yenidən yığılmış və Amherst Villiers kompressoru ilə təchiz edimiş klassik 4,4-litrlik dördsilindrli mühərrik yerləşir. Avtomobilin replika olmasına elektrik yanacaq nasosu və yanacaq çənindəki prolon işarə edir.
Bu arada, Bentley Mulliner fərdiləşdirmə bölümü bu il özünün yeddi yaşını qeyd edir. Qısa müddət ərzində ayrıca mütəxəssislər qrupu min avtomobil istehsal edə bilib. Bu avtomobillərdən birincisi 15 nüsxəlik tirajla buraxılmış Flying Spur W12 Serenity Edition sedanları, yubiley modeli isə Magenta rənginə boyanmış və 22-düymlük Blackline Specification təkər diskləri ilə təchiz edilmiş Bentayga V8 krossoveri olub. Krossoverin interyerini Mulsanne modelində istifadə olunan "zeytun göyrüşü" şponu, oturacaqların kürəklərinin yuxarı hissələrini və qapı panellərini isə seçilən ikiqat tikişlər ilə bəzəyiblər.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.