Bentley Bentayga modelinin xüsusi versiyalar çeşidinə Bentayga Odyssean Edition adlı “ekoloji” versiya əlavə edilib. Belə krossover keçən il təqdim edilmiş Bentley Flying Spur Odyssean Edition sedanı ilə bənzərdir: hər iki avtomobil ümumi interyer dizaynına və bunun üçün istifadə olunan materiallar dəstinə sahibdir.
Odyssean Edition versiyasında əsas diqqət ekoloji dayanıqlılığa verilir, ona görə də Bentley salon tərtibatında açıq məsaməli şpon, etik yolla alınmış dəridən və tüvid parçadan istifadə edir. Xüsusi versiya 70 nüsxəlik tirajla buraxılacaqdır.
Bentley markasının gələcəyi ekoloji dayanıqlıqdadır. Bentayga Odyssean Edition nəşrinin vəzifəsi məhz bunu nümayiş etdirməkdən ibarətdir. Odyssean indeksli sedan kimi, krossover də hibrid güc qurğusu ilə hərəkətə gəlir.
Güc qurğusu əvvəlki 3,0-litrlik altısilindrli biturbomühərrikə əsaslanır, lakin onun elektrik üstqurumu tamamilə yenidir. Sistemin ümumi hasilatı 462 at qüvvəsi və 700 Nm fırlanma anı təşkil edir.
Krossover 100 km/saat həddini 5,3 saniyəyə toplayır və 254 km/saata qədər sürətlənir. Hibrid daxili yanma mühərrikini işə salmadan 45 kilometr qət edə bilər.
Xüsusi versiyanın salon tərtibatında tanış materiallardan istifadə olunur. Məsələn, ümumi qalınlığı 0,1 millimetr olan və üçqat qoruyucu lak qatı ilə örtülmüş açıq məsaməli koa akasiyasından şpon və ya etik yolla alınmış üç rəngdə dayanıqlı dəri. Oturacaqların başlığında və kürək hissəsində tvid əlavələr var. Tvidin toxunmasında istifadə edilən açıq rəngli iplik Benltey üçün xüsusi olaraq 100% yundan hazırlanır.
Bentayga Odyssean Edition üçün tövsiyə olunan boya palitrası cəmi altı rəngdən ibarətdir. Onlar 22-düymlük təkər diskləri, fənərlər və bamperlərdəki Pale Brodgar aksentlərinə uyğun seçiliblər. Standart avadanlığa elektriklə tənzimlənən, qızdırılan və havalandırılan komfortlu oturacaqlar, adaptiv kruiz-kontrol, zolaqda saxlama sistemi və digər elektron köməkçilər daxildir.
Bentayga Odyssean Edition modelinə sifarişlərin qəbuluna bu ay başlanacaqdır. Krossoverlərin istehsalına gələn ilin birinci rübündə başlanmalıdır. Xüsusi nəşrdən olan krossoverlər əksər bazarlarda əlçatan olacaqlar. İstisnalar siyahısına Avropa İttifaqı, Böyük Britaniya, İsveçrə, İsrail, Ukrayna, Norveç, Türkiyə və Vyetnam daxildir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.