Bentley Bentayga EWB modelinin ən maraqlı opsiyalarından biri, əvvəllər heç vaxt görülməmiş rahatlıq səviyyəsini təklif edən Airline Seat kreslolarıdır. Onlar 22 istiqamətdə tənzimləməyə malikdirlər, özü də, elektrik mühərrikləri başlıqları, yan dayaqları və yastığın ön kənarını hərəkətə gətirirlər.

Bundan başqa, oturacaqlar ilk dəfə olaraq, avtomatik iqlimə nəzarət və təkmilləşdirilmiş bədən mövqeyinin tənzimlənməsi sistemləri ilə təchiz olunurlar. Bentey şirkətindən bu oturacaqların avtomobildə quraşdırılan ən qabaqcıl oturacaqlar olduğunu deyirlər və bunun səbəbini izah da edirlər.

Kreslolarda temperatur və rütubətə nəzarət edən sensorlar dəsti mövcuddur. Məlumatlar hər 25 millisaniyədən bir yenilənir, ölçmə dəqiqliyi isə, 0,1 dərəcə Selsi təşkil edir. Sərnişinə yalnız yeddi profildən birini seçmək gərəkdir – qalan şeyləri elektronika həll edəcəkdir.

Elektronika gərək olan optimal temperaturu əldə etmək üçün, hansı səviyyələrdə isitmə, soyutma və ventilyasiyanın tələb olunduğunu müəyyənləşdirəcək, sonra isə  termotənzimləmə sistemini mikrotənzimlənməsi vasitəsi ilə onu qoruyub saxlayacaqdır. Bentley şirkətindən bildirildiyinə görə, müştərilərin 75-80 faizi standart tənzimləmələrə üstünlük verirlər və yalnız 5 faizi daha yüksək/aşağı göstəricilərdən istifadə edir.

Airline Seat oturacaqlarının başqa bir xüsusiyyəti proaktiv bədən korreksiyası sistemidir. Bentley tərəfindən manual terapevtin iştirakı ilə hazırlanmış xüsusi alqoritm altı fərdi hava yastığından istifadə edir və 177 təzyiq nöqtəsi yaradır.

Bədənlə oturacaq arasında təmas nöqtələrini incə şəkildə dəyişdirərək, bəzi toxumaları sərbəstləşdirmək, digərlərini isə yükləmək mümkündür ki, bu da orqanizmə təbii şəkildə özünü bərpa etməyə imkan verir. Sistem sərnişinin bədən quruluşunu nəzərə alır və uzun məsafəli səfərlər zamanı yorğunluğu xeyli azaldır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Eyni zamanda, oturacaqların tənzimlənməsinə 12 aşağı səs-küylü elektrik mühərrikləri və pnevmatik klapanların üç elektron idarəetmə bloku cavabdehdir. Onların hamısı Seat Motion & Wellbeing elektron idarəetmə blokuna bağlıdır.

Airline Seat oturacaqlarını həm standart 4+1 oturacaq konfiqurasiyası olan (daha bir sərnişin formal olaraq arxa oturacaqlar arasındakı qatlanan əlavədə yerləşdirə bilər), həm də opsional dördyerli salon üçün sifariş etmək mümkündür.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.