Bentley şirkətinin kuzov atelyesi olan Mulliner bölməsi, Bentayga krossoverinin əsasında əl ilə yığılan eksklüziv kabrioletləri məsələsini nəzərdən keçirir. TopGear nəşri ilə söhbətində Mulliner bölmıəsinin patronu Tim Hanniq hər şeyin mümkün olduğunu, ancaq xüsusi versiyanın perspektivlərinin dizaynerlər və müştərilərin istəklərindən asılı olacağını bildirib.
Mulliner atelyesinin rəhbəri Bentayga kabrioleti layihəsinin həyata keçirilməsinin vacib şərtlərindən birinin onun Bentley markasının dizayn üslubuna uyğunluğunun olduğunu bildirib. Bundan əlavə, açıq tavanlı dəbdəbəli krossover potensial alıcılar tərəfindən tələb olunmalıdır.
Aydındır ki, Bentayga modelinin açıq versiyası kütləvi olmayacaqdır, ancaq Mulliner atelyesinin hazırlayacağı kross-kabrioletlərə hələ layihələndirilmə prosesində onlarla öncədən sifarişlər daxil ola bilər. Buna misal kimi, Mulliner atelyesinin hazırladığı və başlanğıc qiyməti 1.5 milyon funt sterlinq olan Bacalar barkettasını göstərmək olar: hələ barkettanın yaradılması mərhələsində sifarişlər daxil olmağa başlanmışdı.
Eksoztik kuzova malik olan Bacalar rodsterinin müvəffəqiyyəti Mulliner atelyesini kouçbildinq istiqamətinə üz tutmağa sövq edə bilər. Odur ki, Bentayga modelinin bazasında inşa ediləcək dəbdəbəli kross-kabrioletin işıq üzü görmək şansları böyükdür. Məlum məsələdir ki, kolleksiyaçılara ünvanlanan yumşaq tavanlı Bentley krossoverinin qiyməti yeddi rəqəmli, tirajı isə məhdud saylı olacaqdır.
Mənbə: TopGear