Bentley Mulliner atelyesi və kompozit materialların hazırlanması üzrə ixtisaslaşmış italyan Bucci Composites firması dünyanın ən iri kompozit təkər disklərini təqdim ediblər. TÜV Texniki Müfəttişliyi tərəfindən təsdiqlənmiş 22-düymlük təkər disklərinin kütləvi istehsalına bu ilin sonuna qədər başlanmalıdır.

Yeni disklər Bentley Bentayga krossoverlərinin opsional avadanlıq siyahısına daxil ediləcəkdir. Eyni zamanda, Britaniya istehsalçısı karbon diskləri tərkibinə karbonda hazırlanmış splitter, kandar örtükləri və diffuzor daxil olan Styling Specification paketi ilə birlikdə sifariş verməyi tövsiyə edir.

Bentayga modeli üçün nəzərdə tutulmuş kompozit diskləri RTM (Resin Transfer Moulding  və ya qətranın qapalı qəlibin içinə püskürdülməsi) texnologiyasının təkmilləşdirilmiş versiyasına uyğun olaraq istehsal edirlər. İlk mərhələdə, əvvəlcədən təyin olunmuş lekallara uyğun olaraq karbon parçalar kəsilir.

Daha sonra, alınmış təbəqələrdən üç ölçülü preformlar yaradılır və onları presə yerləşdirərək üzərlərinə təzyiq altında bağlayıcı tökürlər. Hazır olan hissə bərkidikdən sonra çıxarılır, işlənilir və cilalanır. Bu prosedur Mulliner atelyesinə diskləri kütləvi şəkildə istehsal etməyə və lazımi keyfiyyət səviyyəsini qorumağa imkan verir.

Digər vacib bir məqam isə, Bentley karbon disklərinin TÜV Texniki Müfəttişliyi tərəfindən sınaqdan keçirilməsidir. Buraya həm ikioxlu stres testləri, həm də çuxur və daşların üzərindən keçməyi təqlid edən radial və köndələr dinamik sınaqlar, habelə artırılmış təzyiq və həddindən artıq fırlanma anının ötürülməsi testləri də daxildir.

Nürburqrinqin “Şimal İlgəyindəki” testlər sona çatdıqdan sonra, güclü zərbələr altında çatlayan və dağılan yüngül lehimli təkər disklərdən fərqli olaraq, xüsusi toxunmaya malik olan karbon diskləri zədələnmə zamanı havanın çıxmasını ləngidir.

Image alt Image alt Image alt Image alt Image alt

Təhlükəsizliyə birbaşa təsir edən bu xüsusiyyətə əlavə olaraq, belə disklər adilərdən də daha yüngüldür - hər bir disk altı kiloqrama qədər çəkiyə qənaət etməyə imkan verir. Buna əlavə, yeni disklər idarəetməni yaxşılaşdırır, əyləc yolunu və şinlərin aşınmasını azaldır. Eyni zamanda, sərt konstruksiya sayəsində şinlərin yer səthi ilə sabit ilişmə sahəsi təmin edilir. Yeni disklər bu ilin sonuna qədər Mulliner kataloquna əlavə ediləcəkdir. Hələlik bu diskləri yalnız Bentayga krossoveri üçün sifariş etmək olar. Karbon disklərin qiyməti açıqlanmayıb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.