Bentley Mulliner atelyesi britaniyalı aristokratlar üçün ənənəvi olan hobbiləri xatırlatmaq məqsədi ilə, eksklüziv olaraq, Dumanlı Albionda satılacaq Bentayga Outdoor Pursuits Specifications krossoverlər kolleksiyasını buraxıb.Alıcılara üç mövzu təklif olunur: balıq tutmaq, at sürmək və köpək saxlamaq. Krossoverlər salonun tviddən tərtibatı, ağac şponunun yeni birləşmələri və 22-düymlük təkər diskləri ilə seçilirlər. Xüsusi seriyanın tirajı 11 nüsxədən ibarət olacaqdır.

Qarşımızda Mulliner atelyesinin yeni kolleksiyasından olan Bentayga modelinin durduğunu anlamaq üçün, onun salonuna nəzər salmaq kifayətdir. Belə ki, krossoverin oturacaqlarında sapla tikilmiş ağacları, Sand Herringbone tvidi ilə üzlənmiş qapılardakı örtmələr, oturacaqların arxasındakı cibləri və mərkəzi konsolun bir sıra elementlərini, sərnişin tərəfində seçilmiş mövzunu tərənnüm edən xrom inkrustasiyanı (onu “Mulliner” yazısı ilə də əvəzləmək olar) görmək olar.Ön panel və qapılar üçün, ilk dəfə amerikan ənbəri və şümşad ağacı ilə birləşdirilən evkalipt ağacının tünd şponu istifadə edilir.  

Krossoverləri üç rəngdən birinə boyamaq olar: qəhvəyi Havana, tünd yaşıl Cumbrian Green və boz Magnetic. Təkər diskləri 10-qollu və 22-düymlükdürlər. İşıqlanıdırılan kandarlar və qapıların açılması zamanı yer səthinə proyeksiya edilən salamlama standart avadanlığa daxildir. Ayrıca olaraq, salonun üzlənməsində istifadə edilən dəri ilə örtülmüş mehtərəni sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Xüsusi seriyadan olan krossoverlərin mühərrikləri barədə məlumat verilməyib. Hazırda Bentley Bentayga modelinin mühərrik çeşidinə 4,0-litrlik V8 biturbo mühərriki və 6,0-litrlik W12 mühərriki  və 3,0-litrlik mühərrikə əsaslanan hibrid güc qurğusu daxildir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.