Bentley şirkəti «ağıllı» Apple Watch saatları üçün nəzərdə tutduğu mobil əlavəsi buraxmışdır ki, bu əlavənin köməyi ilə Bentayga krossoverinin sərnişinləri onun bir sıra funksiyalarınadan istifadə etmək imkanına malik olacaqdırlar. Apple Watch saatının köməyi ilə avtomobilin salonundakı temperaturu tənzimləmək, oturacaqların isidilməsini, havalandırmasını və massaj funksiyasını aktivləşdirmək, ön sərnişin oturacağını hərəkət etdirmək, həmçinin multimedia sistemini idarə etmək olar. Bundan başqa, saatın displeyində hərəkətin hazırki və ya orta sürəti, qət edilmiş məsafə və avtomobilin xaricində olan havanın temperaturu da daxil olmaqla, avtomobil və ətraf mühit haqqında müxtəlif məlumatları görmək olar.
Xatırladaq ki, krossoverin 6,0-litrlik iki turbokompressorlu W12 mühərriki 608 at qüvvəsinə və 900 Nm fırlanma anına malikdir. Səkkiz diapazonlu ZF firmasının avtomatik sürətlər qutusu birgə çalışan turbomühərrik dəbdəbəli krossoveri 100 km/saat həddinə 4,1 saniyəyə sürətləndirir.
Bentayga modelinin maksimal sürəti 301 km/saata bərabərdir. Bir müddət əvvəl Bentley şirkətinin rəhbərliyi krossoverin «qaynar» variantı olacaq Bentayga Speed modifikasiyasının buraxılacağını təsdiq etmişdi.
Bizi maraqlandıran məsələ isə, - Bentayga sahibləri Breitling saatlarından imtina edib Apple Watch saatlarına keçməyə hazırdırlarmı? - sualıdır.