Yenilənmiş Bentayğa modelinin təqdimatından iki həftədən çox vaxt keçib. Buna görə də, Kryuda dünyanın varlı hissəsinə bir daha Bentley Bentayga modelinin üstünlüklərini xatırlatmaq qərarına gəliblər. Xüsusilə də, dörd oturacaqlı salon konfiqurasiyasında malik olan ən lüks versiyasının.
Restaylinqdən əvvəl 20 min nüsxə ilə satılmış krossoverlərinn təxminən beşindən biri belə oturacaq konfiqurasiyasına malik olub. Şirkət bu variantı "ofrouderlər arasındakı limuzin" adlandırır və qeyd edir ki, yenilənmədən sonra krossover daha komfortlu olub.
Belə ki, arxa oturacaqların kürək hissəsinin əyilmə bucağının maksimal dərəcəsi 32-dən 40 dərəcəyə qədər artmışdır. Oturacaqların uzununa tənzimləmə diapazonu 35 millimetr artıb və bu ümumilikdə ikinci sıranın sərnişinlərini ayaq zonasında əlavə 100 millimetr məkan ilə təmin edib.
Kreslolar da yenidən işlənmiş və indi daha çox "heykəltəraşlıq" formasına malikdirlər. Arxa sırada, standart qızdırılma funksiyasından əlavə havalandırma, altı masaj proqramı və xüsusi komfortlu başlıqlar vardır. Kreslolar arasındakı konsolda cihazları doldurmaq üçün iki əlavə USB port və xırda əşyaları saxlamaq üçün bölmə mövcuddur.
İstəyə bağlı olaraq, Mulliner atelyesi tərəfindən hazırlanmış şampan şərabı üçün soyuducu da quraşdırmaq mümkündür. Nəhayət, yeni Flying Spur modelində olduğu kimi, Bentayga modeli də avtomobilin müxtəlif sistemlərinə nəzarət etməyə imkan verən iri planşetə sahibdir.