Avtomobil aləmində gəzən dedi-qodulara görə Britaniyanın lyuks avtomobil istehsalçısı olan Bentley şirkəti yeni təqdim olunmuş Bentayga krossoverinin dördqapili kupe variantını hazırlamaq niyyətindədir. Bu barədə ilkin məlumatı, hələ Noyabr ayında şirkətin adının çəkilməsini istəməyən bir nümayəndəsi yerli jurnalistlərə bildirilmişdir.

BMW'nin X6 modeli üslubunda yaradılacaq kupe-krossoverin gələn il baş tutacaq Cenevrə beynəlxalq avtomobil sərgisində  nümayiş etdiriləcəyi gözlənilir.

Yeni krossoverin eksteryeri barədə müəyyən təsəvvür yaratmaq üçün RM Car Design şirkətinin mütəxəssisləri kompyüter vasitəsi ilə ehtimal olunan avtomobilin renderlərini hazırlamişdır. 

Bu sahədəki meylləri nəzərə alan dizaynerlərin fikrincə, yeni krossover Bentayga’nın cizgilərini daşımaqla yanaşı, arxa hissəsinin özünəməxsus görkəmi ilə seçiləcəkdir.