Bentley şirkəti model cərgəsində ilk krossoveri olan Bentayga modelinin «bərkgedən» variantını buraxmaq niyyətindədir. Bu barədə məlumatı Britaniyanın Autoexpress nəşri dəbdəbəli avtomobil istehsalçısının rəhbəri Volfqanq Dürhaymerə istinadən yaymışdır. Adət-ənənəyə uyğun olaraq «Speed» indeksini alacaq krossover, şirkət rəhbərinin dediyinə görə, «dünyanın ən sürətli, ən güclü, ən dəbdəbəli və eksklyüziv yolsuzluq avtomobili» olmaqda israrlıdır.
«Bentayga modelinin Speed modifikasiyası olacaqmı? Bəli, siz buna tam əmin ola bilrəsiniz» -deyən Dürhaymer məsələyə aydınlıq gətirmişdir. Dərginin ehtimalıda görə, Bentley Bentayga Speed modeli W12 mühərrikini qoruyub-saxlamalıdır.
Xatırladaq ki, krossoverin 6,0-litrlik turbomühərriki 608 at qüvvəsinə və 900 Nm fırlanma anına malikdir.
Səkkiz diapazonlu ZF firmasının avtomatik sürətlər qutusu birgə çalışan turbomühərrik dəbdəbəli krossoveri 100 km/saat həddinə 4,1 saniyəyə sürətləndirir. Bentayga modelinin maksimal sürəti 301 km/saata bərabərdir.
Əvvəllər Bentley şirkətinin yeni krossover üçün dizel mühərriki hazırladığı bildirilirdi. Artıq prototupləri sınaqdan keçən bu avtomobilin dizel mühərrikinin elektrik ötürməli turbina ilə təchiz ediləcəyi söylənilir.
Bundan əlavə, Britaniya istehsalçısı daha iki modelin hazırlanması üzərində çalışır ki, bunlardan biri Bentayga modelindən aşağı pillədə duracaq krossover, digəri isə, 10 EXP Speed 6 konseptinin seriya variantı olacaq sportkardır.