Britaniyanın AutoExpress nəşri dünyanın ən yeyin ofroderi olan Bentley Bentayga modelinin və dəbdəbəli ofroder Range Rover SVAutobiograpy modelinin müqayisəli yarışını təşkil etmişdir. Yürüşlər yerindən start ilə başlamışdır. Bir kilometrin qət edilməsi zamanı və məsafənin sonunda göstərilən maksimal sürət ölçülmüşdür.

Bentley Bentayga modeli 608 at qüvvəli altı litrlik W12 benzin mühərriki və səkkiz pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilir. İstehsalçının məlumatına əsasən avtomobil 100 km/saat həddinə 4,1 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 301 km/saat təşkil edir. Range Rover SVAutobiograpy isə  510 at qüvvəli 5,0-litrlik mexaniki kompressorlu səkkiz silindirli mühərriklə və səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə təchiz edilmişdir. İlk “yüzlüyü” ofroder 5,4 saniyəyə toplayır.

AutoExpress nəşrinin ölçmələrinə görə, 0-dan 96 km/saat həddinə Bentayga modeli 4,3 saniyəyə sürətlənmişdir. Range Rover isə bu işə 5,4 saniyə sərf etmişdir. 160 km/saat sürətini avtomobillər müvafiq olaraq 9,6 və 12,9 saniyəyə toplamışdırlar.

Bir kilometrlik məsafəni Bentayga 22,7 saniyəyə, Range Rover isə 25,2 saniyəyə keçmişdir. Məsahənin sonunda maksimal sürət müvafiq olaraq 238 və 210 km/saat olmuşdur.