Britaniya istehsalçısının Bentley Beyond the Collection ətir kolleksiyası yeni Magnetic Amber ətri ilə tamamlanıb. Ətir ağac-kəhrəba ailəsinə aiddir, onun tərkibi isə Cənubi Amerika ilə assosiasiyalar oyadır. Üst notlarda italyan berqamotu və Mərakeş rozmarini, orta notlarda hil və buxur var. Ətir tədricən açıldıqda, Madaqaskarın dumanlı vanili və tonka paxlası da ortaya çıxır ki, onlar da ətirə incə badam və tütünün çalarları gətirirlər.

Ətrin əsasını sintetik ambroksan molekulundan əldə edilən ağ kəhrəba təşkil edir. O, təbii qoxuya malikdir ki, bu da özlüyündə asılılıq yarada bilər. Bentley onu “duzlu və yumşaq; dalğaların sahilə gətirdiyi ağacın və günəşin qızdırdığı dərinin qoxusu” kimi təsvir edir. Güclü bir şleyf əldə etmək üçün kəhrəba isti və qatranlı labdanum, həmçinin Virciniya sidr ilə qarışdırılır. Onlar birlikdə rom, çiçək ləçəkləri və tropik meşələrin notları olan Panama gecəsinin ekzotik qoxusunu yaradırlar.

Image alt Image alt Image alt

Magnetic Amber ətrinin tilli flakonu Bentley Continental GT modelininnin “kristal” fənərlərindən ilhamlanaraq yaradılıb. Flakon təbii ağacla bəzədilib və dayanıqlılığı artırmaq üçün qalın şüşə altlığa malikdir. Ətirləri Bentley mərkəzlərində əldə etmək olar. Britaniyada 100 millilitrlik flakonun qiyməti 165 funt-sterlinq təşkil edir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.