Bentley markasının bir əsrlik tarixinin olmasına baxmayaraq, Britaniya istehsalıçısı Çin bazarında cəmi 20 ildir ki, fəaliyyət göstərir. Bu əlamətdar hadisəni qeyd etmək üçün, Mulliner atelyesi dörd müxtəlif versiyada olan 80 avtomobili özündə birləşdirən China × London Celebration Edition tematik kolleksiyası hazırlayıb.

Londonun simvollarına həsr olunmuş eksklüziv seriyaya Continental GT, Continental GTC, Flying Spurs və Bentayga modelləri daxildir. China × London Celebration Edition seriyasından olan avtomobillərin hamısı V8 mühərriki ilə təchiz ediləcək və hər bil model 20 nüsxədə buraxılacaqdır.

The Guard, The Carnaby, The Pall Mall və The Savile Row təchizatında olan avtomobillər adi Bentley modellərindən eksteryer və interyer dizaynı, habelə Mulliner kataloqundan götürülmüş opsiyalar ilə fərqlənəcəklər.

Image alt Image alt Image alt Image alt Image alt

Bentley Continental GT The Guard kupesi Bukingem sarayını və digər kraliyyət iqamətgahlarını qoruyan mühafizəçilərə həsr olunub. Qara Beluga rəngli dam və St James Red rəngli kuzov onların formaları və ayı dərisindən papaqlarının, hava deflektorlarının qısılı tutacaqları isə, düymələrinin simvoludur.

Kupe karbonplatikdən kuzov dəsti, üçrəngli salonu və oturacaq başlıqlarına tikilmiş mühafizəçi təsvirləri ilə seçilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

The Carnaby kabrioleti isə, Londonun Soho rayonundakı Karnabi-Stritin avtomobil ekvivalentidir. Küçə gənclər modasının mərkəzi kimi məşhurlaşıb, ona görə də Continental GTC kabrioletini dörd dəbli rəngdə sifariş etmək olar: yaşılımtıl-limon Radium, incə-mavi Jetstream II, parlaq narıncı Orange Flame və qara Oniks.

İnteryer qara Beluga dərisi ilə üzlənib, və burada əlçatan olan bütün rəng palitrasını nümayiş etdirən xüsusi buraxılışın loqoları var.

Image alt Image alt Image alt Image alt Image alt

Flying Spur The Pall Mall sedanı tarixi Claret rənginə boyanmışdır. Bu çalar 2000-ci illərin əvvəllərində, xüsusi olaraq, II Yelizavetanın taxta çıxmasının 50-ci ildönümünün bayram edilməzi zamanı kraliçaya hədiyyə edilən iki Bentley State Limousine sedanı üçün yaradılmışdır.

Dörd nəfərlik salon iki zonaya bölünüb: ön hissədə göy Imperial Blue dərisi, arxada isə, xüsusi sifarişlə hazırlanmış açıq-mavi Baroda Blue dərisi istifadə olunur. Sonuncu, kral limuzinlərinin oturacaqlarının üzlüklərinə bənzəyir. Digər spesifik detal iki növ şpondur: açıq məsaməli və parlaq lak ilə örtülmüş.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəhayət, Bentayga The Savile Row krossoveri kişi geyimləri tarixində kult fenomeninə çevrilmiş eyniadlı küçəni simvolizə edir. Burada, məsələn Huntsman kimi klassik kostyumların tikilməsi üzrə dünyaca məşhur olan atelyelər var.

Krossoverin kuzovu Cumbrian Green rənginə boyanıb, interyeri isə əsasən Portlend bej dərisi ilə işlənib. Avtomobilin məcburi atributu - qapı və oturacaqlarındakı Serenity tikişləri, həmçinin parlaq lak ilə örtülmüş qarağac şponunda dekorativ bəzəklərdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.