Bentley Continental GT ailəsində yeni versiya peyda olub - Continental GT S. Bentley mütəxəssisləri Continenetal GT modellərinin S versiyalarının yaradılması zamanı artıq Bentayga S krossoverində sınaqdan keçirilmiş reseptdən istifadə ediblər.

Beləliklə, Bentley Continental GT S kupesi və Continental GTC S kabrioleti 550 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz olunurlar. Bununla belə, 6,0-litrlik W12 mühərriki əvvəlki kimi Speed versiyasının imtiyazıdır. Lakin S versiyalarının standart avadanlıq siyahısına 48 voltluq elektrik mühərrikləri olan aktiv stabilizatorlar və səkkizsilindrli mühərrikin səsini daha dolğun edən idman buraxılış sistemi daxildir.

Continental GT S kupe və kabrioletini tündləşdirilmiş işıqlandırma texnikası, parlaq qara dekoru (yalnız firma qanadlar və arxa tərəfdəki “Bentley” yazısı xromla örtülüb) və buraxılış sisteminin Speed modifikasiyasından götürülmüş boru ucluqları sayəsində tanımaq olar.

21-düymlük standart təkər diskləri, beş Y-şəkilli mili olan yeni 22-düymlük təkər diskləri ilə əvəz ediliblər. Bununla belə, modelin opsiyalar siyahısında ikirəngli 21-düymlük təkər diskləri də mövcuddur. Eyni zamanda, S-versiyasını ön qanadlardakı kiçik nişanlar və qırmızı əyləc supportları da ələ verirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

S versiyalarının salonu da bir qədər dəyişdirilib. İdman oturacaqları dəri və Dinamica mikrofiberi ilə üzlənir (tikişlər ayrıca təklif edilirlər). Başlıqlarda,  ödənişsiz olaraq Bentley loqoları ilə əvəz edilə bilən “S” tikmə-naxışları var. Cihazlar panelinin qrafikası da Continental GT Speed modifikasiyasında olduğu kimidir.

Əlbəttə ki, bütün bunlar avtomobilin dinamikasına təsir göstərmir. Continental GT S kupesi 100 km/saat həddini dörd saniyəyə toplayır və onun maksimal sürəti 318 km/saatdır. Eyni göstəricilər kabriolet üçün də keçərlidir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.