Bentley şirkəti Continental GT kupesinin yolsuzluq modifikasiyasını nümayiş etdirib. Yeganə nüsxədə inşa edilmiş avtomobil amerikan Bomber Ski firması ilə birlikdə hazırlanıb. Böyük ehtimalla, avtomobildən müştərilər üçün təşkil edilən Bomber for Bentley Ski & Experience tədbirində istifadə olunacaqdır.
Avtomobilin yeganə şəkli Bentley tərədinfən Twitter sosial şəbəkəsində dərc edilib. Şəkil Avstriyanın Kitzbyüel kurort şəhərində çəkilib. İstehsalçı layihə haqqında heç bir məlumat verməyib. Şəkildəki avtomobilin təkər tağlarının müdafiə qurşağı, xizəklər üçün bərkitmə nöqtələri və əlavə işıq texnikası ilə təchiz edildiyi diqqəti çəkir. Ön bamperdə qırmızı rəngli yedək qarmağının olduğunu da görmək olar.
Bentley və Bomber Ski arasındakı əməkdaşlıq keçən il məhdud saylı Bomber for Bentley dağ xizəklərinin buraxılışı ilə başlayıb. Xizəklər ağacdan içliyə və polimer qatlarına malikdir ki, bu qatlar da titanal (titan və alüminium qarışığı) ilə örtülür. Xarixi tərəfdəki rombşəkilli işləmələri 24-karatlıq qızıl ilə də örtmək mümkündür. Belə xizəklər 3750 dollara satılır.