Bentley Continental GT modelinin bu il 20 yaşı tamam olur. Bu əlamətdar hadisəyə həsr olunmuş xüsusi Continental GT Speed kupesi, Kryudakı konveyer xəttindən çıxan ilk GT modelinin texniki xüsusiyyətlərindən ilham alınaraq yaradılıb.

Məhz buna görə, kupe Cypress Green rənginə boyanmış, onun salonu isə açıq qəhvəyi dəri və qoz ağacının şponundan istifadə edilməklə tərtib olunmuşdur. Doğrudur, burada orijinaldan fərqli olaraq, bəzi özünəməxsus nüanslar var. Məsələn, Mulliner interyer üçün Special Green vurğu rəngindən və iki növ şpondan istifadə edib - açıq məsaməli və parlaq lak qatı ilə.

Unikal Continental GT Speed kupesi standart olaraq Blackline, Touring və Styling Specifications paketləri, yəni qara dekor, genişləndirilmiş texnologiya və karbonplastikdən aerodinamik kuzov dəsti ilə gəlir. Sport seriyasından olan 22-düymlük təkər diskləri Dark Grey Satin rəngdədir.

Yubiley kupesinin təchizatına Naim səs sistemi, Bentley Rotating Display və Bentley Mulliner tərəfindən 20 years of the Continental GT by Mulliner xatirə yazıları daxildir. Kupenin kapotunun altında 659 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 biturbo mühərriki yerləşir. Avtomobil 100 km/saat həddini 3,6 saniyəyə toplayır və 335 km/saat həddinə qədər sürətlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əlbəttə ki, adi Speed modelində olduğu kimi, kupenin avadanlıq siyahısına həmçinin üçkameralı adaptiv pnevmatik asqı, aktiv köndələn dayanıqlılıq stabilizatorları, idarələnən arxa təkərlər və elektron tərəfindən idarə olunan yüksək sürtünməli differensial daxildir.

Yubiley spesifikasiyasında olan avtomobil yeganə nüsxədə inşa edilib və adı açıqlanmayan amerikalı kolleksiyaçıya məxsusdur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.